"Qarabağ"ın futbolçusu rəmzi komandaya düşdü - Avropa Liqası

8.03.2024 14:35 203
Ölkə futbolu / Avropa Liqası
"Sofascore" statistik portalı Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın futbolçusu Yassin Benzya da yer alıb.

Bakıda "Bayer-04"lə heç-heçə etdikləri (2:2) görüşdə 90 dəqiqə meydanda olan əlcəzairli yarımmüdafiəçi oyunda ilk qolu vurub.

Xatırladaq ki, "Qarabağ"ın hücumçusu Olavio Juninyo isə həftənin ən yaxşı futbolçusu adına 4 namizəddən biridi.