"Qarabağ"ın futbolçusu rəmzi komandaya düşdü

23.02.2024 13:52 522
Avropa Liqası
"Sofascore" statistik portalı Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının rəmzi komandasını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın futbolçusu Marko Yankoviç də yer alıb.

Monteneqrolu yarımmüdafiəçi Bakıda "Braqa"ya 2:3 hesabı ilə uduzduqları matçda 120 dəqiqə meydanda olub. Səfərdə 4:2 hesabı ilə qalib gəldikləri matçda olduğu kimi, bu görüşdə də Yankoviç oyunu ilə diqqətləri üzərinə çəkib.