"Qarabağ"ın 3 futbolçusu rəmzi komandada - FOTO

16.02.2024 13:50 305
Avropa Liqası
"Sofascore" statistik portalı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın 3 futbolçusu yer alıb. Bunlar qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubirdi.

Lunyovun çıxışı 7,9, Yankoviçin 8,0, Zubirin oyunu isə 9,0 xalla qiymətləndirilib.

Xatırladaq ki, "Qarabağ" Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib. Zubir bu oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Yankoviç isə penaltidən rəqib qapısına yol tapıb.

"Qarabağ"ın 3 futbolçusu rəmzi komandada