Ançelotti həbs oluna bilər

7.03.2024 12:50 185
Dünya futbolu
Karlo Ançelotti həbs oluna bilər.

O, İspaniya qanunlarını pozmaqda ittiham olunur.

Prokurorluq “Real”ın baş məşqçisinin 4 il 9 ay müddətinə həbs olunmasını tələb edib. Bu haqda “Relevo” məlumat yayıb. Təcrübəli mütəxəssis 2014-15-ci illərdə vergi orqanlarından 1 milyondan çox avro gəlirini gizlətməkdə ittiham edilir. Prokurorlar bu səbəbdən Ançelottinin təxminən 5 il müddətinə həbs olunması üçün tələb irəli sürüblər.

Xatırladaq ki, italiyalı mütəxəssis “Real”ı ilk dəfə 2013-15-ci illərdə çalışdırıb. O, 2021-ci ilin yayında yenidən bu komandaya baş məşqçi təyin olunub.