Martın 4-dən etibarən Daşkənd Böyük Dəbilqə turnirindən dərhal sonra böyüklərdən ibarət milli komandanın 8 üzvü məşqləri davam etdirir.
"Football-plus.az" xəbər verir ki, yığmanın cüdoçuları Özbəkistanda keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Martın 8-dək keçiriləcək hazırlıq prosesi qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.