Cüdoçular Teplisdə təlim-məşq toplanışında iştirak ediblər

11.04.2023 21:51 239
İdman
Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlar və qızlardan ibarət milli yığma komandasının üzvləri 10-11 apreldə Çexiyanın Teplis şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

"Football-plus.az" xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanın 21 oğlan və 8 qız idmançısı iştirak edib. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.

Təlim-məşq toplanışı iyun və avqust aylarında keçiriləcək yeniyetmələr arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul