Cüdoçularımız Antalyada

4.04.2022 17:10 483
İdman
Azərbaycanın böyüklərdən və gənclərdən ibarət cüdoçuları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Aprelin 10-dək davam edəcək hazırlıq prosesinə Antalyadakı Böyük Dəbilqədə iştirak edənlərlə yanaşı yığmanın digər üzvləri də qoşulublar. Ümumilikdə toplanışda 34 qadın, 54 kişi idmançı iştirak edəcək.