• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sumqayıt"ın ortaya qoyduğu oyun 10 min azarkeşi haqq edir?” - proqnozu doğrulmayan həmkarımız

Aktual / Ölkə futbolu

6-03-2024, 15:0

Fevralın 4-də Mehdi Hüseynzadə adına stadionda keçirilən "Sumqayıt" - “Neftçi” oyununu 8100 azarkeş tribunadan izləyərək mövsümün rekordunu qırdı.

Bundan sonra hər birimiz azarkeş toplayan stadionlarımızın siyahısına daha birinin əlavə olunduğunu düşündük. Amma təəssüf ki, belə olmadı. “Neftçi” ilə məlum oyunu 8100 azarkeş izləmişdisə, "Turan Tovuz"la oyuna 1480 azarkeş toplaşdı. Bir çoxları həmin gün hava şəraitininin münasib olmadığını, bu üzdən azarkeş sayının azaldığını bildirdi. Lakin "Kəpəz"lə matçı hava şəraiti yaxşı olsa da, cəmi 800 azarkeş stadiondan izlədi. Görəsən, sumqayıtlı azarkeşlər liderlər qrupunda olan komandaya münasibətdə niyə belə biganədi? Bu sualla oyundan əvvəl social şəbəkədə “rahat 5 min azarkeş gözləyirəm” yazan həmkarımız Anar Xanlarova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Bu məsələnin davamlı şəkildə müzakirə olunması özü də müsbət haldı. Deməli, ictimaiyyət, media Sumqayıt stadionunun tribunalarını dolu görmək istəyir. Bunun özü də bir daha Sumqayıtın futbol, azarkeş ənənələrindən xəbər verir. Mən ilk gündən bu məsələyə nikbin yanaşmışam. Sumqayıt futbolunun heç vaxt azarkeş problemi olmayıb. Məhz bu səbəbdən bu gün də insanlar Sumqayıt stadionunun tribunalarını dolu görmək istəyir. Demək olmaz ki, yeni stadiona azarkeş gəlmir. "Neftçi" ilə oyunu qoyaq qırağa. "Turan Tovuz" və "Kəpəz"lə oyunlara 2-3 min arası azarkeş gəlib. İnsanlar protokola aldana bilər, amma orda oyun saatına kimi rəsmi bilet satışının göstəriciləri yazılır. "Kəpəz"lə oyuna 800 nəfər yazılıb. Hansı ki stadionda minimum 2000 azarkeş var idi. Azarkeşlər ilk hissənin yarısına kimik gəlməyə davam edirdi. Şəxsən mən stadiondayım, şəkil də çəkmişdim. Çəkilişdə görünən tribunalarda yan-yana 3 sektor dolu idi. Hər sektorun tutumu 320 nəfərdi. Elə 960 nəfər bu 3 sektor eləyir. İkinci mərtəbədə də 200 nəfərlik bir sektor dolmuşdu. Bu iki göstərici 1000-i keçdi. Hələ mən çəkilişə düşməyən mərkəzi tribunadakı 400-500 azarkeşi demirəm. Bura qapı arxasında qərarlaşan 200 nəfərə yaxın "Sumqayıt"ın rəsmi fanklubunu və onlara yaxın sektorda qərarlaşan müstəqil azarkeşləri, 50-60 nəfərlik "Kəpəz" azarkeşlərini də əlavə etsək, çox rahat şəkildə stadionda 2000 azarkeşin olduğunu deyə bilərik. O ki qaldı niyə daha çox azarkeş gəlməmişdi, bunun obyektiv səbəblərini deyim. İlk növbədə oyun iş gününə təsadüf etdi. Sosial şəbəkədə bununla bağlı bir neşə şərh qarşıma çıxdı ki, cümə günü saat 19.00-da Sumqayıt camaatı Bakıdan işdən qayıdır. Hətta bir nəfər yazmışdı ki, bu dəqiqə Xırdalanda tıxacdayam. Bu bir fakt ki, oyun günü münasib seçilməmişdi. İkinci məsələ biletlərin qiymətinin yüksək olmasıdı. Bizim bəzi klub rəhbərləri başa düşməlidi ki, futbolunun səviyyəsi belə olan ölkələrdə 5-10 manata bilet olmur. Deyə bilərlər ki, orda 2-3 manatlıq biletlər də var idi, amma mən düşünürəm ki, bizim çempionat üçün 2 manat maksimum qiymət olmalıdı. Ən uyğun qiymət 1-2 manatdı. İnsanların maddi durumunu, yaşam tərzini də qoyuram qırağa. Halbuki hər kəsə bəllidir ki, futbolu sevən, futbola daha çox gələn kasıb təbəqədi. Varlı futbola baxmaq istəyəndə təyyarəyə bilet alır və gedir Barselonada, Milanda, Münhendə oyuna baxır. Samir Abasov azarkeşlər haqda xoş olmayan sözlər işlədib. Mən də sual verərdim: "Sumqayıt"ın srağagün ortaya qoyduğu oyun 10 min azarkeşi haqq edir? Hamı "Sumqayıt"ın 2-ci yerdə olduğunu qabardır, amma bizdə hazırda çempionat elə məcrada gedir ki, bu gün 2-ci pillədə olan komanda 2 tur sonra 8-ci pilləyə enə bilər. Yəni bu 2-ci yer o 2-ci yerlərdən deyil. "Zirə" 9 oyun qələbə qazana bilmədi, amma 2-ci pillədən də düşmədi. Üçüncü vacib məqam təbliğat məsələsidi. Gəlin görək istər "Turan Tovuz"la, istərsə də "Kəpəz"lə oyunlardan öncə şəhərin hansı nöqtələrində afişalar vurulmuşdu? 1-2 marşuruta kiçik afişa vurmaqa iş bitmir, bu iş kompleks şəkildə görülməlidi. Şəhərin böyüş yaşayış məhəllələri, mikrorayonları var, hansı ki, təbliğat oralardan başlamalıdı. 17-18 mikrorayonlar, "Şərq bazarı", 9 mikrorayon, "Bağlar" massivi və s. kimi yetərincə çox əhali yaşayan ərazilərdə bir afişa belə yox idi. Sumqayıt Dəmiryol Vağzalından hər gün minlərlə insan istifadə edir, yəni klubdan bir adamın ağlına gəlmir ki, vağzal rəhbərliyi ilə danışıb o əraziyə bir stend vursunlar? Bilirsiz, bunlar hamısı şərtdi".

GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

21-02-2024, 19:0

“Onlar üçün “Turan Tovuz”la oyun cəlbedici olmaya bilər” – jurnalist rəyi

Ölkə futbolu / Manşet

21-02-2024, 19:0

"Turan Tovuz"un tarixinə hörmətim var, amma "Neftçi" ölkənin köklü klubudu”

Premyer-liqa

5-02-2024, 11:0

Mövsümün yeni rekordu

Aktual / Premyer-liqa

22-02-2024, 13:0

"Söz verirəm ki, hava şəraiti yaxşılaşan kimi tamaşaçı sayına müsbət təsir göstərəcək"

Aktual / Premyer-liqa

8-12-2023, 13:0

"Kəpəz" - "Sabah" oyunu üçün azarkeş sayı niyə az göstərilib? - PFL rəsmisi aydınlıq gətirdi

Premyer-liqa / Manşet

3-03-2024, 19:0

“Hətta Sumqayıtda hərəkət edən avtobusların şüşələrinə belə afişalar yapışdırdıq” – “Sumqayıt”ın oyununa cəmi 630 bilet satılıb

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə