"Kəpəz" - "Sabah" oyunu üçün azarkeş sayı niyə az göstərilib? - PFL rəsmisi aydınlıq gətirdi

8.12.2023 13:09 252
Aktual / Premyer-liqa
"Kəpəz" - "Sabah" matçına azarkeş marağı az idi. PFL-in saytında yer alan protokolda azarkeş sayı 500 nəfər göstərilib.

Halbuki stadionda uzaqbaşı 250 azarkeş olardı. Bu müəmmanın səbəbini aydınlaşdırmaq üçün PFL-in texniki-idman direktoru Elgiz Abbasova üz tutduq:

"Stadiona təşrif buyuran azarkeşlərin sayı iki cür təyin olunur. Bilet satışı və AFFA nümayəndəsinin hesabatı sayəsində. "Kəpəz" - "Sabah" matçında bilet satışı olmadığından AFFA nümayəndəsinin hesabatına əsaslandıq. Bu üzdən prokolda azarkeş sayı 500 göstərilib".

ABDULLA İSMAYILOĞLU