“Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda ikinci matça çıxdı.
“Neftçi” ilə açılış oyununda tribunaların əksərinin dolduğunu vurğulamışdıq. Fəqət bu dəfə gözləntilər doğrulmadı. İki həftə əvvəl 8100 tamaşaçının olduğu stadiona “Turan Tovuz”la oyunda cəmi 1480 adam gəlmişdi. Bu kəskin say azlığının səbəbini öyrənmək üçün “kimyaçılar” azərkeş qrupunun rəhbəri Sənan Mirzəyevlə danışdıq:
“Tamaşaçı sayının azlığının yeganə bir səbəbi var ki, o da hava şəraitidi. Başqa heç bir səbəb yoxdu. Ən azı bilirsiniz ki, Sumqayıtda azarkeşlər oyunlara gəlir. Sadəcə, həmin gün hava çox soyuq idi. Həm də komanda ikinci pillədə qərarlaşıb, başqa nə səbəb ola bilər ki?! İlk oyunda hətta adamlar stadiondan kənarda qalmışdı. Mütləq şəkildə yenidən sayımızı artıracağıq. Yəni şəhər əhalisi oyunlara gələcək. Sadəcə, hava şəraiti imkan vermədi. Hətta buna görə oyuna gələrkən yoldan qayıdanlar da olub. Bu məlumatı çox dəqiq bilirəm. Söz verirəm ki, növbəti matçlarda hava şəraiti azca yaxşılaşan kimi tamaşaçı sayına müsbət təsir göstərəcək. Azarkeşləri demirəm, çünki onlar yerində idi”.
KAMAL SƏFƏR