“Kəpəz” ev oyunlarını keçirmək üçün stadion tapdı? – İlqar Nadiri açıqladı

6.03.2024 13:10 914
Ölkə futbolu / Manşet
“Kəpəz”in ev oyunlarını keçirəcəyi stadion ətrafında bilinməzlik davam edir.

Gəncə təmsilçisinin Misli premyer-liqasının 26-cı turunda “Neftçi”ni Tovuzda, 28-ci turda “Qarabağ”ı “Tofiq Bəhramov”da qəbul edəcəyini xəbər vermişdik. Bəs qalan ev oyunlarının ünvanı haradı?

“Kəpəz”in icraçı direktoru İlqar Nadiri “Football-plus.az”ın sualını cavabladı:

“Növbəti ev oyunlarımızı keçirəcəyimiz stadion hələ ki bəlli deyil. Bu yöndə müzakirələr davam edir. Axtarışdayıq”.

Klub rəhbəri “sarı-göylər”in “Qəbələ”dən 11 xal öndə olmasını da şərh etdi:

“Rəqiblərin yox, öz oyunumuza fikir veririk. Əsas məsələ komandamızın çıxışıdı. Qələbələr qazanmağa köklənmişik. Rəqibləri düşünmədən yolumuza davam etməliyik”.

KƏNAN BAHADIR