“Kəpəz”in rəhbəri Fərid Qayıbovla görüşdə hansı vacib məsələni müzakirə edib? - ÖZÜ AÇIQLADI

31.01.2023 17:56 460
Premyer-liqa / Manşet
Dünən “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

Bununla bağlı Gəncə klubunun rəsmi “feysbuk” səhifəsi paylaşım edib.

Görəsən, klub rəhbəri ilə dövlət rəsmisi arasındakı görüşdə nələr müzakirə olunub? İlqar Nadiri “Football-plus.az”ın sualını belə cavabladı:

“Nazirlə aramızda olan söhbətlə bağlı klubun rəsmi səhifəsində paylaşım etmişik. Gələcək planlar haqda danışdıq. Yeni inşa olunan məşq meydançası, eyni zamanda tikintisi davam edən futbol mərkəzi ilə bağlı söhbətimiz oldu. Stadionun mövcud durumunu da müzakirə etdik. Gəncə futbolunun və şəhərin bu idman növündəki gələcəyi, prespektivi haqda da danışdıq”.


İLKİN SULTANLI