FHN hələ də “Turan Tovuz”a razılıq verməyib

4.02.2024 13:21 210
Premyer-liqa / Manşet
Tovuz stadionunun ərzasində tikilən yeni akademiya binasında işin dayandığını xəbər vermişdik.

Daha doğrusu, Fövqəladə Hallar Nazirliyi sənəd çatışmazlığına görə klubdan inşa prosesinin dayandırılmasını tələb etmişdi. Bəs sənəd problem həll olundumu? Bu sualla “Turan Tovuz”un infrastruktur və maliyyə üzrə direktor Əli Babakişiyevə müraciət etdik:

“Hələ ki akademiya binasında iş getmir. Neçə vaxtdı dayanıb. Sənəd çatışmazlığıyla bağlıdı. Həll olunan kimi dərhal işlərimizi davam etdirəcəyik”

ƏSƏD SEYİDOV