Corcina Rodriges çoxlarını maraqlandıran sualla qarşılaşıb.
Jurnalistlər ondan sevgilisi Kriştiano Ronaldonun gələcəyi ilə bağlı soruşublar.
Model uzun illər birgə olduğu “Əl-Nəssr”in və Portuqaliya yığmasının hücumçusunun peşəkar karyerasını nə vaxt başa vuracağı haqda sualı cavablandırıb. Amma Corcina, demək olar ki, suala cavab tapa bilməyib:
“Bəlkə daha bir il oynayar. Bu qədər oynayandan sonra karyerasını başa vuracaq. Amma bəlkə iki il də oynaya bilər. Mən dəqiq bilmirəm”.
Qeyd edək ki, 39 yaşlı Ronaldo peşəkar futbolçu karyerasına “Sportinq”də başlayıb. Sonra “Mançester Yunayted”, “Real” və “Yuventus”da oynayıb. AÇ-2016-nın qalibi “Əl-Nəssr”in formasını 2023-cü ilin yanvarından geyir.