"İmarət" Aqil Abbasın müdafiəsinə qalxdı - "Kimlərsə xal qazanmaq, yaltaqlıq etmək istəyirsə..."

31.10.2026 15:11 81
Ölkə futbolu
"Qarabağ"ın ən böyük azarkeş qrupu "İmarət Tayfa" millət vəkili Aqil Abbası müdafiə etmək məqsədi ilə bəyanat yayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə fanklubun "İmarət Azarkeş Qrupu" "feysbuk" sosial şəbəkə hesabında paylaşım edilib:

“İmarət”in fəxri üzvü, millət vəkilimiz Aqil Abbasın Milli Məclisdə Ağdam şəhərində ev tələbi minlərlə ağdamlının tələbidi və bundan təbii heç nə ola bilməz! Ağdamlılar və ağdamlıları yaxşı tanıyanlar bilir ki, Ağdam ağdamlılar üçün hər şey deməkdi! Nə biz, nə də Aqil Abbas nəyinki görülən işlərə ləkə salmışıq, əksinə, işğal günündən bu günədək bacardığımız qədər əlimizi daşın altına qoyan olmuşuq. Dövlət də, cənab Prezidentimiz də bilir ki, Ağdam bizim üçün qutsaldı. Bu qədər əziyyət buna görə çəkilir. Kimlərsə xal qazanmaq, yaltaqlıq etmək istəyirsə, başqa mövzularda özlərini yoxlasınlar. İnşallah, Ağdamlı günlərimiz qabaqdadır!"

Xatırladaq ki, Milli Məclisin dünənki iclasında Aqil Abbas qaçqın və məcburi köçkün statusu daşımadığına görə Ağdamdakı ata mülkündən ona pay verilməməsindən gileylənib, spiker Sahibə Qafarova isə onu görülən işlərə ləkə yaxmaqda ittiham edib.