• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gisdol “Samsunspor”u necə dirçəltməsindən danışdı

Dünya futbolu

4-03-2024, 15:0

“Samsunspor”un başına keçəndən sonra mükəmməl işlər görən, nəticələri ilə diqqəti çəkən və sonuncu pillədə qəbul etdiyi komandanı 11-ci pilləyə qədər qaldırmağı bacaran Markus Gisdol Türkiyə mətbuatına açıqlamalar verib.

Vətəni Almaniyada “Köln”, “Hamburq”, “Hoffenhaym”ı çalışdıran, daha sonra Rusiyada qısa və uğursuz bir “Lokomotiv” macərası yaşayan 54 yaşlı çalışdırıcı oktyabrda Türkiyəyə gələrək debütantın başına keçdikdən sonra komanda 20 oyunda 9 qələbə, 5 heç-heçə, 6 məğlubiyyətlə 32 xal toplayıb. Gisdolu dinləyək:

“Çətinlikdən qorxan insan deyiləm. İdman direktorumuz Fuad Çapa və başqanımız Yüksəl Yıldırım ilə söhbət etdikdən sonra çox düşünməyimə ehtiyac qalmadı. “Samsunspor”un əvvəlki oyunlarını izləyərək komandada nələri dəyişə biləcəyimi müəyyənləşdirdim. Halbuki dost-tanışlarım sona qədər də mənə “dəlilikdi, bu boyda riskin altına girmə” deyirdilər. Amma mən bu cür mübarizələri, hekayələri və riskləri sevdiyim üçün təklifi qəbul etdim. Mənim burda gördüyüm ilk iş hər kəsi birləşdirmək və əsl komanda yaratmaq oldu. Bu, uğura aparan birinci yoldu. Tam bir ailə ab-havası yaratdıq. Rəhbərlik, futbolçular, məşqçilər korpusu və buranın işçiləri də daxil olmaqla hər kəs eyni hədəfə kökləndi. Mən, sadəcə, bu uğurun bir parçasıyam. Mənim verdiyim fayda futbolçuların və ya klub işçilərinin verdiyi faydadan böyük deyil. Başqanımıza təşəkkür edirəm. Çünki ilk gündən mənə sərbəstlik verdi. Onun təkcə əsas komandaya yox, akademiyaya da ayırdığı diqqəti görəndə çox sevinirəm. Qış transfer dönəmində də rəhbərliklə ciddi müzakirələr apararaq ən faydalı oyunçuları heyətə cəlb etməyə çalışdıq. Türkiyədə hakim olmaq çox çətindi. Hətta Almaniyadakından qat-qat çətindi. Burda hakimlər daim gündəmdədi və üzərlərində böyük yük var. Mən çalışıram ki, hakimlərə yox, öz performansıma diqqəti yönəldim. Eyni zamanda burda yaşadığım müddətdə Türkiyə mədəniyyətinə də ayaq uydurmağa çalışıram. Açığı, Türkiyə çempionatının səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Türkiyə futbolu düzgün yoldadı və hər ötən gün inkişaf edir. Bura gələrkən bu qədər çətin olacağını gözləmirdim. İddialılardan başqa da çox çətin rəqiblər var. Məsələn, onlardan biri “Antalyaspor”du. Antalya səfərində hər kəs çətinlik çəkir. Türkiyə yığması da əla futbol sərgiləyir. Bu cür şəkildə gənc oyunçuların önə çıxmasına yardım edən bir sistemlə oynamaqda davam etsələr, birmənalı şəkildə Türkiyə futbolu gələcək illərdə adından daha çox söz etdirəcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-10-2023, 18:0

Əmrə Belözoğlu paytaxtda işləyəcək

Dünya futbolu

13-10-2023, 23:0

“Samsunspor”u almaniyalı çalışdıracaq

Dünya futbolu

22-01-2024, 10:0

Braziliyalı ulduz Türkiyənin debütantına keçir

Dünya futbolu

10-07-2023, 22:0

“Samsunspor”un prezidenti Fransa klubunun sahibinə çevrildi

Dünya futbolu

11-10-2023, 23:0

“Samsunspor”da yeni baş məşqçi

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 150
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə