"Turan Tovuz" ilk yoxlama matçında məğlub oldu

10.01.2024 19:51 253
Dünya futbolu
"Turan Tovuz" bu gün Antalyada ilk yoxlama matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, təlim-məşq toplanışında olan komanda Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” ilə qarşılaşıb. Matç Tovuzluların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Macarıstan “Şiofok”u və Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.

10 yanvar
17.00. "Turan Tovuz" - "Voluntari" (Rumıniya) - 0:2