Mütəxəssis “Football-plus.az”a açıqlamasında bütün futbolçuların məşqlərə qoşulduğunu, sadəcə, müdafiəçi Neman Kurdiçin ailə problemləriylə bağlı sabah, yəni bu gün komandanın məşqlərinə qoşulacağını bildirmişdi. Biz də Kurdiçin məşqlərə qoşulub-qoşulmadığını dəqiqləşdirmək üçün “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova üz tutduq:
“Kurdiç Bakıya sabah gələcək. Qalan bütün futbolçular burdadı və bugünkü məşqdə iştirak edəcəklər”.
KAMAL SƏFƏR






