Rüstəm Allahverdiyev “Neftçi”nin durumundan razıdı

2.03.2024 12:00 208
Aktual / Ölkə futbolu
"Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Rüstəm Allahverdiyevdən çoxdan səs-soraq yoxdu.

Görəsən, hazırda nə işlə məşğuldu? "Neftçi"nin oyunlarını izləyirmi? Komandanın hazırkı durumu onu nə dərəcədə qane edir? Bu suallarla Rüstəm bəyə müraciət etdik:

“İndi heç bir yerdə işləmirəm. Şəxsi işlərim var, onlarla məşğulam. "Neftçi"nin oyunlarını imkan düşdükcə televiziyadan izləyirəm. Nəticələr gözləniləndi. Deyərdim ki, indiki durum "Neftçi" üçün çox yaxşıdı”.

GÜNAY SÜLEYMANOVA