"Neftçi"də struktur dəyişikliyi olacaq? - AÇIQLAMA

26.08.2023 14:54 405
Ölkə futbolu / Manşet
"Neftçi" yenə gündəmdədi. Klubda struktur dəyişikliklərinin olacağı yazılır, dərc olunur.

Əsas məsələ Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamenti ilə bağlıdı. Bu qurumun ayrılması gözlənilir. Yəni Media Departamenti Marketinq və İctimaiyyətlə Əlaqələrdən asılı olmayacaq. Tanınmış prodüser və jurnalist Emin Əfəndinin klubun yeni mətbuat katibi olacağı bildirilir. Hazırda Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olan Rüstəm Allahverdiyev isə ikinci quruma başçılıq edəcək.

Yazılanların həqiqət olub-olmadığını öyrənmək üçün klubla əlaqə saxladıq. Rüstəm Allahverdiyev məsələ ilə bağlı "Football-plus.az”a açıqlamasında bunları söylədi:

"Bəli, klubda müəyyən struktur dəyişikləri olmalıdı. Amma bununla bağlı hansısa yenilik yoxdu. Hər şey hələ ki öz qaydasında davam edir. Struktur dəyişikliyi hələ olmadığına görə hansısa açıqlama vermək düzgün deyil. Nə zamansa rəhbərlik qərar versə ki, dəyişiklik olsun, onda ictimaiyyətə açıqlama verəcəyik".


İLKİN SULTANLI