Xüsusən də Fərid Nəbiyevin 89-cu dəqiqədə vurduğu bərabərlik qolu rəqabətin tavana çıxmasına səbəb oldu. Meydan sahibləri 3 xal üçün son saniyələrinə qədər mücadilə apardı. “Bozqurdlar”ın kapitanı Şəhriyar Əliyev sonuncu uzatma dəqiqəsində fərqlənməyə çox yaxın oldu. Fəqət onun zərbəsindən sonra top tirdən döndü. Şəhriyarın real qol şansını əldən verməsi ilə bağlı fikirləri:
“Meydana qələbə üçün çıxmışdıq. Çünki, bilirdik ki, bu 3 xal bizi hara aparır. Həyəcan və stress üzündən belə olduğunu düşünmürəm. Hesabı bərabərləşdirdikdən sonra qol imkanlarımız da çox oldu. Sadəcə, həmin epizoddakı ani qərar belə oldu: qapıçının qaytardığı topu yerlə vursam, yenə dəf edəcəyini düşündüm. Həm də qapının içində oyunçu da var idi deyə, topu göylə vurmağa çalışdım. Onda da top tirə dəydi. Qismət beləymiş”.
KAMAL SƏFƏR





