Söhbət “kimyaçılar” azarkeş qrupundan gedir. Adətən, fəallığı ilə seçilən qrupun bu oyundakı say azlığı da maraq doğurdu. Ümumiyyətlə, həm say azlığının, həm də passivliyin səbəbini öyrənmək üçün “kimyaçılar” azarkeş qrupunun rəhbəriylə əlaqə saxladıq. Sənan Mirzəyev məsələyə belə aydınlıq gətirdi:
"53 kişi ilə gəlmişdik. Şüarlara gəlincə, şüarlarımız da var idi. Sadəcə, yerimiz çox yaxşı deyildi. Ancaq uşaqlara oyundan sonra təşəkkür etdim. O soyuq havada durmadan komandamıza dəstək oldular”.
KAMAL SƏFƏR





