“Xəzər Lənkəran” stadionunun təmirə bağlanması xəbərinə klubun sadiq azarkeşlərinin reaksiyası bizim üçün maraq doğurdu.
“Football-plus.az” olaraq, klubun “12-ci oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlı ilə danışdıq:
“Təəssüratımı deməklə, yazmaqla bitməz. Ümumiyyətlə, azarkeşlər üçün bu, sıçrayış, tərpəniş xəbəri oldu. Təbii ki, mən də müsbət qarşıladım. Onsuz da ideya ilə yaşayan azarkeşlər bunu başqa cür qarşılaya bilməzdi. İkinci suala gəlincə, mən o qrupun rəhbəri olmaya da bilərəm. “12-ci oyunçu” azarkeş qrupu zərurətdən yaradılmışdı. İndi də ilk növbədə azarkeşlər futbola getməlidi ki, zərurət yaransın. Hər şey qaydasında olacaqsa, tələbat ödəniləcəksə, komandanın oyunu azarkeşləri qane edəcəksə, heç “12-ci oyunçu” yaranmaya da bilər. Yox, klub rəhbərliyi, media azarkeşlərin səsini, arzu və istəklərini eşitməsə, onda “12-ci oyunçu” və başqa fanklublar da yarana bilər”.
KAMAL SƏFƏR