• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Baxşıyev getdisə və Sxadadze gəldisə, deməli, “Qəbələ” elitada qalır”

Premyer-liqa / Manşet

28-02-2024, 22:0

Misli premyer-liqasının 24-cü turundan sonra növbəti baş məşqçi istefası yaşandı.

Belə ki, elitadan düşmək təhlükəsiylə üz-üzə qalan “Qəbələ” “Kəpəz”dən artıq 8 xal geri qaldığından Elmar Baxşıyevin baş məşqçi postundan kənarlaşdırıldı. Azarkeşlərin oyun zamanı Baxşıyevi istefaya səsləmələri bu hadisənin gec-tez yaşanacağından xəbər verirdi. Diqqəti çəkən məqam isə istefadan cəmi bir gün sonra gürcüstanlı mütəxəssis Kaxaber Sxadadzenin baş məqşçi postuna gətirilməsidi. Bəli, bu ad azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. Sxadadze ölkəmizdə uzun müddət çalışıb. “Qəbələ” 55 yaşlı çalışdırıcı ilə ilyarımlıq müqavilə imzalayıb. Sxadadzenin köməkçisi vəzifəsində isə Georgi Çixradze çalışacaq. O, 2011-15-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.

Sxadadzenin karyerasına nəzər yetirək. Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Sxadadze MDB (1992) və Gürcüstan (1991-98) milli komandalarının formasını geyib. 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb. Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-02-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Sxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub. Onun rəhbərlik etdiyi komandalar 2004/05 və 2005/06 mövsümlərində Gürcüstan, 2009/10 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.

Görəsən, Sxadadze acınacaqlı durumda olan “Qəbələ”yə nə dərəcədə kömək edəcək? “Kəpəz”lə aradakı 8 xal fərqini əridə biləcəkmi? Mütəxəssin ilk açıqlamalarında kömək etmək üçün gəldiyini desə də, komandanın indiki durumu heç də ümidverici deyil. Mövsümün birinci yarısında Baxşıyevin istefaya göndərilməsi xəbərləri yayılanda təcrübəli mütəxəssislərdən Əfqan Talıbov bu qərarın yanlış olduğunu və komandadakı vəziyyəti Baxşıyevdən yaxşı bilən biri olmadığını bildirmişdi. Elmar bəyin istefasından sonra onun nə düşündüyünü öyrənmək istədik:

“Elmar Baxşıyev mövsümü başa çatdırandan sonra getməliydi. Belə bir məsəl var: atları köndələndə dəyişməzlər. İndi “Qəbələ” də çətin vəziyyətə düşdüyü vaxt baş məqşçini dəyişdi. Sxadadzenin komandanı elitada saxlaya bilib-bilməyəcəyini demirəm. Amma Baxşıyev getdisə və Sxadadze gəldisə, deməli, “Qəbələ” elitada qalır. Hesab edirəm ki, Sxadadze əsas liqada qalmayan klubu qəbul etməz. Azərbaycan futbolunu yaxşı bilən, daim əlaqə saxlayan və burda da çalışmış bir məşqçi sonuncu yerdə olan “Kəpəz”lə xal fərqini 8-ə çatdıran klubu hansı ağılla qəbul edir? Yəqin müəyyən informasiyaya malikdi ki, “Kəpəz”dən 8 xal geri olan komandanın təklifini qəbul edir. Fikrimcə, Sxadadze bu təklifi qəbul edib, belə durumda olan bir komandaya baş məşqçi kimi gəlirsə, “Qəbələ” hansı yolla olur-olsun, elitada qalacaq. Düşünürəm ki, elə “Kəpəz” də, “Qəbələ” də elitada qalacaq, heç bir komanda 1-ci liqaya düşməyəcək. Sxadadze elə-belə gəlməz. Acınacaqlı, ümidsiz durumda olan komandaya Sxadadzenin gəlişi mənə çox təəccüblüdü. Daha bir nüans: ölkədə Pro kateqoriyalı məşqçilər var ki, işsizdi. Necə oldu ki, biz yenə axtarıb Sxadadzeni tapdıq? Bu sual məni düşündürür. Yaxınımzda olan məşqçilər kənarda qaldı, çox qısa zaman kəsiyində xilaskar kimi Sxadadzeni gördük. O da öz növbəsində klubu xilas edəcəyinə razılıq verdi. Uzun-uzadı danışmağa ehtiyac yoxdu. Mən Elmar Baxşıyevin mövsümün sonuna qədər işləməsinin tərəfdarıydım. Komandanı belə çətin durumdan xilas edə biləcək Pro kateqoriyalı yerli məşqçilərimiz var. Niyə onlara müraciət olunmadı? Ad çəkmək istəmirəm, 5-6 belə məşqçimiz var. Həmin çalışdırıcıların heç birinə müraciət olunmur. Hərəsinin də bir çatışmayan cəhətini qabardıb, onları kənara qoyurlar. Amma aydan arı, sudan duru Sxadadzeni gətirdilər. O da öz növbəsində “Kəpəz”dən 8 xal geridə olan, elitanı tərk etmək təhlükəsiylə üz-üzləşən komandanı çalışdırmağa razılıq verdi. Yəqin rəhbərlik nəyəsə ümidlidi ki, tez bir zamanda dəvət edib, müqavilə bağladı”.


Klubun “Red Black Army” azərkeş qrupu dekabrdan bəri uğursuzluqlara görə Baxşıyevi istefaya səsləyirdi. Sadəcə, o vaxtı qış fasiləsinə yollanan komandaya fevrala qədər vaxt verdiklərini bildirmişdilər. “Kəpəz”ə məğlubiyyət isə bardağı daşıran son damla oldu. Fanklubun yeni baş məşqçi haqda düşüncələrini bilmək istədik. Bunun üçün Nəriman Təbrizlə danışdıq:
“Sxadadze həm tanınmış, həm də etibarlı məşqçidi. Fikrimcə, onun oyun üslubu da “Qəbələ”ni elitada saxlamağa uyğundu. Adətən, 3-5-2 taktiki sxemindən istifadə edir. Elmar Baxşıyevin dönəmində də belə düşünürdüm ki, komanda çox qol buraxırsa və hücumda bir problem yoxdusa, deməli, müdafiə xəttini gücləndirmək, yaxud da taktiki sxemi 3-5-2, 5-2-3 kimi dəyişmək lazımdı. Sxadadze bu taktiki sxemlə həm Gürcüstan millisində, həm də “İnter”də uğurlu olub. Ona görə də hesab edirəm ki, Sxadadze komandanı elitada saxlaya biləcək. Ancaq bizi elitada saxlaya bilməyəcəyi təqdirdə 1-ci liqada davam edəcəyini də düşünmürəm. Baxmayaraq ki, klubla ilyarımlıq müqavilə imzalayıb. İstənilən halda biz məşqçiyə dəstək olacağıq. Anlayışımız belədi: məşqçinin dinindən, irqindən, millətindən asılı olmayaraq, həmişə ona dəstək veririk. Nəticə varsa, ümid varsa, həmişə məşqçiyə dəstəyik. Fəqət ümidsizliyə düşdüyümüz son məqamda da onu istefaya səsləyirik. Sxadadzeyə də şans verəcəyik. Ona inanırıq və güvənirik. Ölkəmizi tanıyan, bilən mütəxəssisdi. Doğrudu, heyət baxımından güclü transferlər edəcəyinə inanmıram. Çünki büdcədə problem var. Transferlər mümkün olsaydı, Elmar Baxşıyev də getməzdi. Ümid edirəm ki, komanda üçün yaxşı olacaq”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-02-2024, 21:0

Kaxaber Sxadadze "Qəbələ"də

Ölkə futbolu / Manşet

22-11-2022, 11:0

“Şamaxı”nın məşqçisi Sxadadzenin yanına getdi

Premyer-liqa / Manşet

18-12-2023, 01:0

Elmar Baxşıyevin səhhətində problem var? - Klub rəsmisi həqiqəti açıqladı

Premyer-liqa / Yazarlar

22-09-2023, 19:0

“Zirə” nəyi haqq edir: tərifi, yoxsa tənqidi? - KÖŞƏ

Ölkə futbolu

24-02-2024, 12:0

Elmar Baxşıyev istefa verdi

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
Daha çox
Oxunub: 699
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə