• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” nəyi haqq edir: tərifi, yoxsa tənqidi? - KÖŞƏ

Premyer-liqa / Yazarlar

22-09-2023, 19:0

Azı 10 il əvvəlin söhbətidi.

Gürcüstanlı çalışdırıcı Kaxaber Sxadadze bizim “İnter”i çalışdırırdı. Əcnəbi mütəxəssisin tərifini göylərə qaldırmışdılar. Deməli, Sxadadze neynirdi? Güclü rəqiblərlə oyunlarda komandası ultramüdafiə futbolu ilə bərabərliyə nail olur, zəif rəqiblər üzərində qələbə qazanırdı. “Kiçik qardaş” “Simurq” da “İnter”in rəqiblərini büdrədir, qardaşına irəli getməkdə yardım edirdi. Belə periodların birində “İnter” ardıcıl üç oyunda meydandan 0:0 hesablı heç-heçə ilə ayrıldı. Mənim sizə nəql etmək istədiyim əhvalat da həmin vaxt vaqeə oldu.

Mətbuat konfransında Sxadadzeyə “komandanız ardıcıl üç oyundu qol vura bilmir. Bunu necə qiymətləndirirsiz” sualını ünvanlamışdım ki, gürcü mütəxəssisin aqressivliyi ilə üzləşdim. Çalışdırıcı sualıma sualla cavab verdi, özü də yetərincə yüksək tonda: “Bəs bizə qol vururlarmı?” Sonra ara qarışdı, ağız deyəni qulaq eşitmədi. Bu hadisə uzun müddət mətbuatda müzakirə olundu. Həmkarlarımız arasında da bizi qınayanlar oldu ki, bəs gürcüstanlı mütəxəssisin xətrinə nahaq dəymişik, adam nəticəyə oynayan mükəmməl komanda qurub. Sxadadzeyə haqq verənlər iddia edirdilər ki, “İnter”in strateji hədəfləri ondan bunu tələb edir, uda bilmirsənsə, gərək uduzmayasan. İnsafən, Sxadadzenin “İnter”i bunu pis bacarmırdı, hər mövsüm mükafatlar uğrunda mübarizədə yer alırdı. Həmkarlarımız da Sxadadzenin və komandasının tərifini göyə qaldırırdı.

Bu əhvalatı xartırlamağım səbəbsiz deyil. “Zirə” hazırda premyer-liqada birinci pilləni tutur. Liderin 15 xalı var, ən yaxın izləyicisi “Qarabağ”ı 5 xal qabaqlayır. Qəsəbə təmsilçisi üçün yetərincə ciddi nəticədi. Özü də zirəlilər mövsümə elə “Qarabağ” üzərində qələbə ilə başlayıb. “Qarabağ”dan savayı “Zirə” çempionluğa daha bir iddialı komandanı, yəni “Sabah”ı 1:0 hesabıyla üstələməyi bacarıb. İki lider komandadan savayı Rəşad Sadıqovun komandası “Kəpəz”lə “Sumqayıt”ı eyni hesabla məğlub edib. Mövsümün sürprizlərindən sayılan “Səbail” “Zirə”nin qapısına yol tapmağı bacarsa da, öz qapısından iki qol buraxıb və nəticədə 1:2 hesabıyla uduzub. “Zirə” yeganə məğlubiyyəti “Qəbələ”dən alıb. Maraqlıdı ki, bu görüş də 0:1 hesabıyla yekunlaşıb.

Qeyd etmək istədiyim daha bir məqam ondan ibarətdi ki, “Zirə” “Sumqayıt”ı azlıqda qala-qala, məğlub edib. Son turda keçirilən qarşılaşmada “Zirə” 80 dəqiqədən çox azlıqda oynadı, referi Kamranbəy Rəhimovun müammalı qərarı meydan sahiblərini azlıqda qoydu. Buna baxmayaraq, “Zirə” vacib 3 xal qazanmağı bacardı. Mənzərə ondan xəbər verir ki, “Zirə” sırf nəticə qazanmağa hesablanan taktika ilə meydana çıxır. Rəşad Sadıqovun yetirmələri etibarlı müdafiə olunur, ələ düşən minimal qol fürsətlərindən maksimal yararlanır. Bu da “Zirə”yə nəticə qazandırır. Deməli, strateji baxımdan seçilən taktika özünü doğruldur.

“Zirə”nin bu nəticələrini, oyun üslubunu bəyənməyənlər var. Baxımlı futbol, məhsuldar oyunlar həvəsində olanların məyusluğu başadüşüləndir. Amma məlum məsələdi ki, “Qarabağ”, “Sabah” və “Neftçi” kimi zəngin büdcəyə, geniş heyətə malik komandaların mübarizə apardığı çempionatda “Zirə”nin başqa yolu yoxdu. Hələ “Neftçi”ylə “Sabah”ın bu qədər bahalı transferlərin fonunda nəticə qazana bilməməsinin, səxavətlə xal paylamasının fonunda Rəşad Sadıqovu qınamağa adamın dili də gəlmir. Unutmaq lazım deyil ki, illər öncə gürcüstanlı Sxadadze eyni üsulla nəticələr qazanır və təriflənirdi. Ona görə də Rəşad Sadıqovu qınamağa tələsməyək.

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-06-2023, 17:0

Nevill “İnter Mayami”dən qovuldu

Dünya futbolu

11-05-2023, 13:0

''İnter'' son 43 ildə bunu ilk dəfə bacardı

Aktual
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Son xəbərlər
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 138
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə