• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İntriqa, təbliğat yoxdu, azarkeşə hörmət aşağı səviyyədədi!

Premyer-liqa / Manşet

28-02-2024, 20:0

Ölkə çempionatının oyunlarında azarkeş sayının hədsiz azlığı təəssüf doğurur.

Artıq “Qarabağ”ın legionerləri bu yöndə narazılığını aşkar şəkildə bildirir. Məsələn, Andrey Lunyov “Braqa”, Mateus Silva “Sumqayıt”la oyundan sonra bu yöndə məyusluğunu gizlətməiyb. Görəsən, adamları, futbolsevərləri ölkədaxili yarışlarda stadionda gətirmək üçün nə etmək lazımdı?

Fərid Məmmədov (“İmarət Tayfa” azarkeş qrupunun üzvü):

“Bunun üçün klubun strategiyası olmalıdı. Fikrimcə, “Qarabağ” düzgün strategiya qursa, hər ev oyununda azı 7-8 min azarkeş toplaya bilər. Hər futbol klubu biznes müəssisəsidi. Onun büdcəsi, büdcəni formalaşdıran gəlirləri və fəaliyyətini təmin edən xərcləri olmalıdı. Təcrübədə futbol klublarının büdcə gəlirlərini formalaşdırma mənbələrindən biri də oyun günü gəlirləridi. Burda birbaşa və dolayı yolla iştirak edən əsas resurs isə azarkeşdi. Ümumiyyətlə, klub gəlirlərində əsas mənbə azarkeşdi. Tək oyun günü yox, həmçinin teleyayın, klub məhsullarının satışı kimi gəlirlərdə də hədəf kütləsi azarkeşdi. Ona görə də futbol klubunun azarkeş strategiyası olmalıdı. Təəssüf ki, ölkədə bu sahədə kadr çatışmazlığı var. Yəqin ki, “Qarabağ” da kadr çatışmazlığına görə bu strategiyanı hazırlaya və reallaşdıra bilmir. Ümumiyyətlə, ölkədə bu sahəyə həm klublar tərəfindən, həm də ictimaiyyət tərəfindən baxış düzgün deyil. Fikrimcə, “Qarabağ” ölkə çempionatında çoxlu azarkeş toplamaq istəyirsə, əvvəlcə azarkeşlər üçün Fan İD yaratmalıdı və satılan bütün biletlər Fan İD-yə görə satılmalıdı. Avrokubok və çempionat oyunlarına gələn azarkeş sayında 30-35 dəfə fərq varsa, biletlərin qiyməti arasında da bu qədər fərq olmalıdı. Məsələn, çempionat oyununa 3 manata olan bilet avrokubok oyunlarında 90-100 manat olmalıdı. Həmçinin Fan İD-yə uyğun olaraq, azarkeş iştirak etdiyi hər çempionat oyununa görə avrokubok oyununda endirim qazanmalıdı. Avroliqada 90 manatlıq bileti 20 manata almaq istəyirsən? Çox gözəl, çempionatda 10 oyunda iştirak elə. Klub “Qarabağ”ın ev oyunlarında iştirakın bir ənənəyə çevrilməsi üçün iş görməlidi. Məsələn, tanınan və “Qarabağ” azarkeşi olan influnserlər, blogerlər bu işə cəlb edilməlidi. Həmçinin klub oyun günü gəlirləri ilə bu işi stimullaşdırmalıdı. İnsanlar, adətən, dəyərli olan şeylərə pul xərcləyir. Klub çalışmalıdı ki, çempionatdakı ev oyunları azarkeşlər üçün bir dəyər ehtiva eləsin. İllərdi Avropa klublarının idarəçiliyini, strategiyasını öyrənirəm, belə çoxlu vasitələr və həll yolları saya bilərəm. Amma mən sıravi bir azarkeş olduğum üçün bu heç nəyi dəyişmir. Əvvəlcə bu işlə bağlı klubun strategiyası olmalıdı. Şəxsən mənim bu yöndə fikirlərim çoxdu. Avropa klublarının təcrübəsini yerli şəraitə uyğunlaşdırmaqla bir strategiya da hazırlamışam. Amma təəssüf ki, bu bir azarkeşin və ya bir azarkeş qrupunun edə biləcəyi iş deyil. Məsələyə bir qədər də geniş baxsaq, futbol klubu bir markadı. Futbol klubunun marka dəyərini artırmaq üçün davamlı və dayanıqlı şəkildə azarkeş sayını artırmaq lazımdı”.


Elnur Şərifli (“Göyqurdlar” azərkeş qrupunun rəhbəri):
“Fikrimcə, burda əsas günahı premyer-liqamızda axtarmaq lazımdı. Azarkeşlərin qınanılmasını düzgün saymıram. “Qarabağ”ın, sadəcə, “Braqa” ilə yox, seçmə mərhələlərdəki kiçik və tanınmamış klublarla oyunlarında da stadion dolu olurdu, xeyli azarkeş gəlirdi. Heç kim stadiona Portuqaliya təmsilçisini görməyə gəlməmişdi. Bunu mən şəxsən liqamızın keyfiyyətsiz olması ilə əlaqəndirərdim. “Neftçi”nin aradakı bir çempionluğunu saymasaq, artıq neçənci dəfədi “Qarabağ” çempion olur və çox vaxt da çempionluğunu mövsüm başa çatmamış elan edir. Liqanın təşkili, matçlardakı zəif hakimlik, öncədən bəlli olan nəticələr, azarkeşsiz Bakı klublarının mövcudluğu, keyfiyyətsiz legionerlər və intriqanın olmaması buna təsir edir. Mən belə liqa oyunlarını izləmək istəmirəm. Çünki nəticəsi və çempionu bəlli olan çempionatı izləməyin, dəyərli vaxtımızı itirməyin nə mənası var? Hazırda ölkədə heç bir klubun “Qarabağ”la mübarizə apara bilməməsi gerçəklikdi. İstəsələr, bu heyətlə bütün oyunları qalib bitirərlər. Bəzi klublarımız pulun olmaması kimi bəhanə uydurur. Halbuki maliyyəsi və sponsoru olmayan klublara belə AFFA tərəfindən yardım edilir ki, ən azı liqada davam edə bilsinlər. Həmin pulları düzgün xərcləsələr və skautlarını dünyanın fərqli ölkələrinə göndərib futbolçular kəşf etsələr, ən azı özləri də pul qazana bilər və liqaya keyfiyyətli oyunçular gətirib mübarizə də apara bilərlər. Bu gün Avropada uğurla çıxış edən “Qarabağ”ın aldığı oyunçuları araşdırdıqda görürük ki, bunlar ya qitənin geridə qalmış ölkələrindən gəliblər, ya da 2-3-cü liqada oynayıblar. Halbuki bunların hamısı yüksək keyfiyyətli futbolçular çıxır. Sadəcə, belə oyunçuları axtarıb kəşf etmək lazımdı. Uğur qazanmaq buna deyilir, yoxsa pul xərcləyib-sovurub, daha sonra “Neftçi” kimi uğursuzluğa düşməyin adı yoxdu. Nəticəsi və çempionu öncədən bəlli olan liqa heç bir azarkeşə maraqlı deyil. Ötən gün “Neftçi”nin yeni baş məşqçisi bildirib ki, rəhbərlik qarşımıza ikincilik hədəfi qoyub. Bir “Neftçi” azarkeşi kimi mən belə açıqlamanı qəbul etmirəm. “Neftçi”nin tək adı belə bu liqada 2-ci olacaq gücdədi. Bu liqada ikincilik uğur yox, uğursuzluqdu. Klublar mövsüm başlamadan ikinciliyə razılaşır.

Futbol klublarında futbolu bilən və komandanı sevən şəxslər çalışmalıdı. Bunun əyani sübutunu 10 il öncə “Neftçi”də Sadıq Sadıqov və rəhbərliyindəki komandada gördük. İndi bəlkə də kluba daha çox pul ayrılır, ancaq nəticə yerinə fiasko görürük. Alınan oyunçular qapıya zərbə vura bilmir, Bakıya ancaq gəzmək üçün gəlirlər. Rəhbərlik və azarkeş bir yumruq kimi birləşməyincə nə uğur gələcək, nə də stadiona azarkeş. Bu fikrim bütün futbol klublarına və qurumlarına aiddi. Birlikdən güc doğar. Biz onların görmədiyi çox şeyi daha aydın görürük. Azarkeşlərin fikir və təkliflərinə hörmətlə yanaşmaq, onları həmişə dinləmək lazımdı. Çünki futbol şüşəli biznes mərkəzlərində yox, stadionda oynanılır”.


Tural Alışov (“Neftçi” azarkeşi):
“Ölkədə futbolla maraqlanan adamların sayı kifayət qədərdi. Bunu minifutbol meydanlarında, böyük turnirlər vaxtı kafelərdə müşahidə edə bilirik. Sadəcə, ölkə çempionatına maraq hədsiz azdı. Klubların bir neçəsinin azarkeşi yox səviyyəsindədi. Bəzi futbol şəhərlərində klublar dağılıb, “Kəpəz”, “Qarabağ” öz şəhərində yox, başqa yerdə çıxış edir. Ümumiyyətlə, klublar, AFFA, PFL təbliğat işlərinə, demək olar ki yer vermirlər. Söhbət lotereya oynayıb kiməsə TV hədiyyə etməkdən getmir. Heç kim inciməsin, Bakıda məskunlaşan və yaşı 10 ildən az olan klublar azarkeş cəlb etmək üçün hansı addımlar atırlar? Yalnız bir posterlə Bayılda yaşayan şəxs “Səbail”in oyunua gedərmi? Gələk “Neftçi”yə. “Neftçi”nin Bakıdakı oyunlarına gələn azarkeş sayı başqalarından çox da fərqlənmir. Amma bu, sırf “Neftçi”nin özü ilə bağlıdı. Azarkeşin böyük hissəsi incik düşüb, rəhbərliyə inanmır, oyundan zövq almır, bezib. Baxın, “Neftçi” 3-4 oyun baxımlı oyunla qələbə qazansa, artıq stadionun yarısı dolacaq. Amma son illər 4 oyun ardıcıl qələbə xatırlayırıqmı? Çıxış yolunu müəyyənləşdirmək mənim işim deyil. Bunun üçün xarici təcrübəni öyrənmək, daxili problemləri çözmək lazımdı. Media başda olmaqla, futbol ictimaiyyəti bir qədər süni belə olsa, intriqa yaratmalıdı. Ramin Musayev bildirmişdi ki, bəzən Tuyqun Nadirovla qarşılıqlı qıcıqlandırıcı açıqlamalar verirdik ki, həmin həftə maraq oyansın. İndikilər durub bir-birini təbrik edir bütün gün. Tribunada azarkeşlərlə mədəni davranmaq lazımdı, onlara hörmətlə yanaşmaq çox vacibdi. Ümumiləşdirsək, ən böyük üç problem budu: intriqa, təbliğat yoxdu, azarkeşə hörmət aşağı səviyyədədi”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə kuboku

21-12-2023, 12:0

"Həmişəki kimi, "Qarabağ"ımızı tribunalardan dəstəkləyəcəyik" - "İmarət"in də Xankəndi həsrəti bitdi

Ölkə futbolu

12-05-2022, 20:0

"İmarət" azarkeş qrupu bəyanat yaydı

Manşet / Avropa Liqası

18-02-2024, 21:0

“İmarət” “Qarabağ Ordu” ilə birləşmək təklifini yaxın buraxmadı – “Braqa” üçün olsa da belə!

Aktual

29-03-2023, 17:0

“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır

Premyer-liqa / Manşet

25-12-2023, 23:0

Bölgə klubları niyə autsayder statusu ilə barışıb?

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 154
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə