Tarixi qarşılaşmada komandaları kimlərin dəstəkləyəcəyi də maraqlıdı. Görəsən, tribunalar dolacaq mı? Ümumiyyətlə, "köhlən atlar"ınetibarlı fanklubu "İmarət Tayfa" Xankəndidədi?
Azarkeş qrupunun fəalı Elnur Quliyevlə əlaqə saxlayıb suallarımıza cavab axtardıq. Onun "football-plus.az"a söylədikləri:
"Bəlıi, artıq Xankəndiyə çatmışıq. Həmişəki kimi, "Qarabağ"ımızı tribunalardan dəstəkləyəcəyik. Bakıdan stadiona 10 avtobus azarkeş gəlib ki, əksəriyyəti "İmarət"in üzvləridi. Komandaya uğurlar arzu edirik. İnanırıq ki, qələbə bizimlə olacaq".
MİRKAMAL KAZIMZADƏ





