• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Azərbaycan klubları "Qarabağ"a baxıb dərs çıxarsınlar"

Premyer-liqa / Manşet

25-02-2024, 22:0

Misli premyer-liqasının 24-cü turunda "Qarabağ" "Sumqayıt"ı məğlub edib - 2:0.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Qarabağ"ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdu, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidi. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var. Acı reallıq olsa da belə, "Qarabağ"ın gücü var. "Qarabağ"a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik".

- İkinci pillədə olsanız da, top fərqində mənfi göstəriciyə sahibsiz. Bunu nə ilə əlaqələndirirsiz?
- Bu sualdan əvvəl analiz edib, götür-qoy etsəniz, görəcəksiz ki, müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər "Qarabağ"la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, "Qarabağ"a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. "Sabah"a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi deyəsən, 1 qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik. Alınmadı.

- "Qarabağ" əsas heyətlə oynasaydı, böyükhesablı məğlubiyyətiniz qeydə alınardı?
- Əsas heyət deyəndə ki, gəlin, bunun üzərində durmayaq. Bu doğru deyil axı. Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. "Qarabağ"da əsas heyət hansıdır, hansı əsas heyət deyil? "Qarabağ"ın ikinci heyəti deyirsizsə, onlar hər bir komandanı udmağa qadirdir və bunu etməlidir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil.

- Nə zaman "Qarabağ"a qarşı oynayacaq komanda ortaya çıxacaq? "Sumqayıt" nə vaxt "Qarabağ"ı udacaq potensiala gələcək?
- Yersiz suallardı desəm, məndən inciyəcəksiz. Verilən cavab da yersiz olacaq. "Qarabağ"a rəqib olmaq üçün işi düz qurmalısan. "Qarabağ" bir ilin komandası deyil. Futbol 11 nəfərin 11 nəfərə qarşı oynadığı oyun deyil, struktura qarşı oynanılan oyundur. O qədər nüanslar var. "Qarabağ" "Səbail" və "Araz-Naxçıvan"a da uduzub. Mövsüm ərzində belə şeylər ola bilər. Amma bunlar aldadıcı olmasın. Çünki ən azından məsləhətim odu ki, Azərbaycan klubları Avropa komandalarına deyil, elə "Qarabağ"a baxıb dərs çıxarsınlar. Ümumi klubun görəcəyi iş necə olur. "Qarabağ"a yaxın büdcən, futbolçuların olmursa, yaxın 10 ildə mən tərəfdən belə şey gözləməyin.

- Qorxmursuz ki, bu məğlubiyyətlə mövqeyinizi itirəsiz?
- Zərrə qədər qorxu yoxdu. Çünki mövsümün əvvəlində məqsədimiz var ki, çempionatda qalaq. 3-4 tura çempionatda qalmağı həll edərik. Bu yerimizi itirməkdən qorxmağa gəlincə, çalışacağıq ki, buralarda olaq. Çünki əziyyətlə gəlib çıxmışıq. Amma reallıqlar var. Yaxın izləyicilərimiz var. Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq. Ən əsas məqsəd də, yaxşı komanda qurmaqdı.

- İlk üçlükdə tamamlasaz, büdcə böyüyəcək? Vədlər var?
- Bu haqda danışmamışıq. Azərbaycan futboludu da, sabah necə olacağını bilmirsən. Hər şey ola bilər. Biz bu gündən danışmalıyıq. Sabah necə olacağını bilmirəm. Bu vaxta qədər gördüyümüz işin uğursuz olduğunu düşünmürəm. Uduzmuşuq və bundan nəticə çıxarmağa çalışacağıq.

- İkinci yer uğrunda gərgin mübarizə gedir. "Qarabağ" kuboku da götürsə, Avropa Liqasına ikinci pillədəki komanda gedəcək. Bu haqda fikriniz necədi?
- Mənim problemim odu ki, digərlərindən fərqli olaraq problemləri həmişə dilə gətirirəm. Bu skameyka, bu oyunçu sayı ilə həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin olardı. Ya ikisini də yarımcanlı oynamalısan, ya da birində canını qoymalısan. Kubokda hər şeyimizi qoysaydıq, növbəti matçda yaxşı nəticə qazanmağımzı mümkünsüzə yaxın idi. Amma hər bir halda, çıxdığımız matçda qələbə qazanmaq istəyirik. Avrokubok zonasında olmağı çox istəyirik. Bu mövsüm oyunumuzla buna yaxınıq. "Sumqayıt"dan bu gün pis danışan yoxdur. Dirənəcəyimiz yer "Qarabağ"dır, onların da gücü bəllidi. Digər komandalarla 1 xal üçün oynamırıq, qələbə üçün meydana çıxırıq. Mövsümün sonunda tutacağımız mövqeyimiz bizi üzməli deyil. Biz ilin əvvəlində qoyduğumuz planlar nədirsə, ona doğru getmək istəyirik. Mərhələ-mərhələ irəliləmək niyyətindəyik. Hər ölkədə avrokuboklarda oynaya biləcək komanda yaratmaq olar. Bunu Azərbaycanda da edə bilərik. "Qarabağ", "Şerif", "Ludoqorets", "Slaviya" bunu göstərir. Sadəcə, mərhələ-mərhələ buna yaxınlaşmalıyıq. Bizim üçün nümunə də "Qarabağ"dı. Bu mövsüm də ikinci yerə can atmağımız "Sabah" və "Neftçi"dən irəli gələn problemdi. O komandalar top səviyyəsində olsaydılar, 4-cü yer uğrunda mübarizə aparacaqdıq. Keçən ilki "Sabah" bu mövsüm olsaydı, kim deyə bilərdi ki, ikinci yerə oynayıram?

- "Neftçi" və "Sabah"ın zəifləməsinə sevinirsiz?
- "Sabah" haqda soruşsanız, cavab verərəm. Amma "Neftçi" haqda ümumiyyətlə cavab vermək istəmirəm. Bütün rəqiblərin, hətta "Qarabağ"ın da bizimlə oyunda zəifləməsinə sevinirəm. Ancaq nə edim, uda bilmirik axı?

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

29-09-2023, 23:0

“Bizimkilər əllərindən gələni etdilər”

Premyer-liqa

16-10-2022, 19:0

“Getdikcə daha yaxşı olacağıq” - Samir Abasov

Premyer-liqa

18-09-2022, 23:0

"Bu gün “Qarabağ” qarşısıalınmaz idi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

23-01-2024, 21:0

“Qarabağ”la başa-baş oynaya bilməzdik”

Premyer-liqa / Manşet

22-05-2023, 18:0

“Qarşımıza qoyulan məqsədə çatdıq”

Premyer-liqa / Manşet

23-01-2024, 22:0

"90 dəqiqə eyni oyunu onlardan tələb edə bilməzdim"

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • 4-08-2026, 22:0
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • 4-08-2026, 22:0
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə