Misli premyer-liqasının 8-ci turunda “Qarabağ” “Sumqayıt”ı məğlub edib - 5:0.
“Football-plus.az” xəbər verir ki, matçdan sonra “gənclik şəhəri” təmsilçisinin məşqçisi Seymur Rəhimovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Oyun haqda çox danışılası deyil. Rəqibi təbrik edirəm. Gələcək oyunlarda uğurlar arzulayıram. "Qarabağ"ın gücü bəlli idi. Avropaya səs salmış klubdu. Bizimkilər əllərindən gələni etdilər, sağ olsunlar. Nə imkanları var idi, oynadılar. Oyun haqda başqa nə deyim”.
- "Sumqayıt" getdikcə zəifləyir. İki səfər qələbəsindən sonra enişdəsiz...- Elə deməzdim. Oyunların hamısını oynamalıyıq, məcburuq. "Qarabağ"a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq. Uşaqlar əllərindən gələni edirlər. İstər oynayanlar, istərsə də, sonradan meydana çıxanlar.
- Qapıda Mehdidən başqa, Orxan Sadıqlıya nə vaxt şans verəcəksiz?- Vaxt çatanda şans verəcəyik.
- Oyunda müsbət şeylər oldu komandanızda?- Bu matçı yaddan çıxarıb, gələn oyuna hazırlaşacağıq. İkinci hissədə 1-2 hücumumuz oldu. Gələcək oyunlar üçün nikbin baxırıq.
- Bu enişin qarşısını necə alacaqsız?- Səhvlərimizin üzərində işləyib, gələcək oyunlara hazırlaşacağıq.
ABDULLA İSMAYILOĞLU