• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yarımcan “İrəvan” yerini qorudu

1-ci liqa / Reportaj

25-02-2024, 18:0

1-ci liqada 15-ci tura yekun vuruldu.

Son oyun günündə “İrəvan” “Mingəçevir”i qəbul etdi. Qonaqlar qələbə qazanıb, rəqibiylə xal fərqini azaltmaq niyyətindəydi. Heyətində ciddi itkilər olan, son vaxtlar başı qalmaqaldan açılmayan meydan sahibləri isə meydana ən azı uduzmamaq üçün çıxmışdı. “İrəvan”ın baş məşqçisi Nazim Süleymanov son açıqlamasında Fəhmin Muradbəyli ilə Ege Atlam Adnanın komandanı tərk etdiyini söyləmişdi. Təbii ki, bu səbəbdən ilk işim “aslanlar”ın start heyətinə baxmaq oldu. Mütəxəssisin dediyi kimi, Muradbəylinin adı iştirak ərizəsində yer almamışdı. Lakin Ege Atlam Adnan “İrəvan”ın start heyətində idi. Belə görünür ki, klub onunla danışıqlar aparıb, həll yolu tapa bilib. Bu mövzuda təxmin yürütmək yox, dəqiq olmaq istərdim. Amma matçdan sonra açıqlama almaq üçün klub rəsmilərindən heç kimi tapa bilmədim. Həmçinin “İrəvan”ın oyuna ikinci qapıçı olmadan çıxdığını da söyləmək lazımdı. Komandanın ehtiyat oyunçular skamyasında üç ada rast gəldim. Onların da arasında qolkiper yox idi. Yəni Andrey Sinenka zədələnsə və ya qırmızı vərəqə alsaydı, qapıya sahə oyunçusu keçəcəkdi. Xoşbəxtlikdən belə hal baş vermədi.
Turnir cədvəlinin orta pillələrində qərarlaşan komandaların qarşılaşması heç kəsə maraqlı deyildi. Çünki protokolda 40 tamaşaçı yazılsa da, mən 20-25 nəfərdən çoxuna rast gəlmədim. Həmin 20-25 nəfər də azarkeş deyildi. Bura AFFA nümayəndəsi, hakim-inspektor, operator, iki jurnalist, cəzalı-zədəli oyunçular və “Sabah”ın aşağı yaş qruplarının üzvləri daxil idi.

Görüşün startında qəribə hadisə baş verdi. “Mingəçevir” meydana 10 nəfərlə çıxdı. Kapitanların püşkatması zamanı 11-ci oyunçu Taleh Fərmanov da göründü. Oyun qonaqların üstünlüyü ilə başladı. Lakin meydan sahibləri erkən toparlanmağı bacardı. Kapitan Fərid Kərimzadənin 7-ci dəqiqədəki zərbəsi təhlükəli alınsa da, qapıçı yerində idi. 2 dəqiqə sonra Əli Əliyevin başla zərbəsi dəqiq olmadı. Buna baxmayaraq, “İrəvan” istəyinə erkən çatdı. 15-ci dəqiqədə Samir Qurbanov baxımlı zərbə ilə hesabı açdı. Qonaqların buna cavabı Xəyal Muradovun baş zərbəsi ilə gəlsə də, o, “çərçivə”yə düşə bilmədi. Ardından Ramin Məhərrəmov uzaq məsafədən dəqiq ola bilmədi. 28-ci dəqiqədə “Mingəçevir” qola yaxın oldu. Lakin Vidadi Cəfərovun zərbəsi dirəkdən qayıtdı. Həmin ərəfələrdə komandanın məşqçisi Ədəhim Niftəliyev kəskin etirazları ilə diqqəti çəkirdi. Tribunaların boş olduğundan onun dediyi sözlər aydın eşidilirdi. Mütəxəssis futbolçularına “məşqdə qapı torunu cırıq-cırıq edirsiz, indi vurun da”, - deyə əsəbləşir, hakimlərə etirazlar edirdi. Oyunun ən yaxşısı isə məncə, Balamirzə Soltanov idi. O, rəqiblərini ustalıqla aldadır, topla əla rəftar edirdi. Qonaqların heyətində isə kapitan Vidadi Cəfərov 31-ci dəqiqədə baxımlı zərbə ilə yadda qaldı. Onun qol vurmasına qapıçı mane oldu. Hücumun davamında Cəfərovun ikinci zərbəsini müdafiəçilər boş qapıdan çıxardı. “Mingəçevir” 40-cı dəqiqədə daha bir real qol şansını qaçırdı. Əsədulla Heydərov təxminən 4 metrdən topu qapıya göndərə bilmədi. 44-cü dəqiqədə Balamirzə Soltanov fərdi reydini gözəl ötürmə ilə tamamladı. O, Samir Qurbanovu qapıçı ilə üz-üzə çıxardı. Lakin sonuncu zərbə fürsətini boşa verdi.

İkinci yarı da eyni tempdə davam etdi. Hissənin startında Vidadi Cəfərovun daha bir qüvvətli zərbəsi dirəkdən qayıtdı. Davamında Nihad Xəlilinin zərbəsini müdafiəçilər küncə çıxardı. 1 dəqiqə keçmədən yenidən Cəfərov səhnəyə çıxdı. Onun növbəti zərbəsini qapıçı dəf etdi. 54-cü dəqiqədə “İrəvan” fərqi artırmağa nail oldu. Lakin referi oyundankənar vəziyyət qeydə aldı. 72-ci dəqiqədə qonaqlar daha bir təhlükəli vəziyyət yaratdı. Aqil Nəsibovun zərbəsi qapının üstündən keçdi. 5 dəqiqə sonra yenidən Cəfərov meydan sahiblərinə həyəcanlı anlar yaşatdı. Lakin onun başla zərbəsi dəqiq olmadı. “Mingəçevir”in kapitanı 79-cu dəqiqədə daha bir dəfə qapını yoxladı. Bu dəfə Sinenka çətinliklə topu küncə çıxardı. Oyunun sonlarında Samir Qurbanov komandasının 2-ci qoluna imza atmağa yaxın idi. Lakin təxminən 11 metrdən dəqiq ola bilmədi.
Beləliklə, “Mingəçevir”i məğlub edən “İrəvan” xal sayını 23-ə çatdırdı və 6-cı pillədəki yerini qorudu.

Paylaş:
Digər xəbərlər

Aktual / 1-ci liqa

20-02-2024, 13:0

Fəhmin Muradbəyli “İrəvan”dan ayrıldı

1-ci liqa / Manşet

26-10-2023, 14:0

Daha bir şok: “İrəvan” meydana 10 futbolçu ilə çıxdı!

1-ci liqa / Manşet

30-10-2023, 12:0

“İrəvan” Əli Əliyevi son anda heyətdən çıxarıb

1-ci liqa / Manşet

13-01-2024, 21:0

"Tezliklə bu haqda danışacam" - Nazim Süleymanov "İrəvan"dan ayrılmaq istəyir

1-ci liqa / Reportaj

12-02-2024, 21:0

“İmişli” “İrəvan”ı aşağı pillələrə yuvarladı

1-ci liqa / Manşet

18-10-2023, 15:0

“İrəvan"ın futbolçuları oyunu boykot etdi - YENİLƏNİB

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 98
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə