Fəhmin Muradbəyli “İrəvan”dan ayrıldı

20.02.2024 13:55 399
Aktual / I liqa
“İrəvan”ın 7 oyunçusunun oyun alğı-satqısına görə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edildiyini xəbər vermişdik.

Görəsən, indi komandada vəziyyət necədi? Futbolçuların dindirilməsi sona çatdımı? Olan-bitəni araşdırmaq üçün yenidən komandanın baş məşqçisi Nazim Süleymanovla əlaqə saxladıq:

“Yeni heç nə yoxdu. Oyunçuları çağırırlar. Onlar da gedib-gəlir, vəssalam. Ayın 22-də “Mingəçevir”lə oyunumuz var. Heyətimizdə də 11-12 futbolçu var. Bəzi oyunçular zədəlidi. Fəhmin Muradbəyli ilə Ege Atlam Adnan komandadan ayrılıb”.

KAMAL SƏFƏR