Ölkə kubokunun finalı “Mehdi Hüseynzadə”də keçiriləcək? – RƏSMİ AÇIQLAMA

22.02.2024 21:51 232
Ölkə kuboku / Manşet
Ölkə kubokunun final oyununun hansı stadionda keçiriləcəyi ilə bağlı diqqətçəkən məlumat yayılıb.

Bəzi həmkarlarımızın iddiasına görə, bu barədə artıq qərar verilib. Qeyd olunur ki, matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bilindiyi kimi, Peşəkar Futbol Liqası hələ ki mövzuyla bağlı rəsmi xəbər yaymayıb. Məsələyə aydınlıq gətirmək üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevlə danışdıq. O, “Football-plus.az”a informasiyanın həqiqəti əks etdirmədiyini dedi:
“Məlumat doğru deyil. Bu haqda nəinki hansısa qərar verilib, müzakirə belə aparılmayıb”.


Qeyd edək ki, ölkə kubokunda mübarizəni “Neftçi”, “Qarabağ”, “Zirə” və “Qəbələ” davam etdirir. Yarımfinal oyunlar aprelin 2-də keçiriləcək.

KƏNAN BAHADIR