"Football-plus.az" xəbər verir ki, həmin səfərdən də 10 gün ötüb. Ancaq “Sumqayıt”ın bu stadionda ilk oyunu nə vaxt keçirəcəyinə hələ də aydınlıq gəlməyib. Hazırda Sumqayıtda özünəməxsus “ötür-ötür” oyunu gedir.
Maraqlıdı, yeni stadion doğma şəhərin komandasının oyununu nə vaxt qəbul edəcək? Bu sualı arenanın direktoru Nadir Quliyevə ünvanladıq:
"Biz tərəfdən hər şey hazırdı. Srağagün "Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə də görüşümüz oldu. Qarşı tərəf növbəti turun oyununu yeni stadionda keçirmək niyyətindədi. Bizim tərəfdən də hər şeyin qaydasında olduğunu klub rəhbərliyinə çatdırdıq. Onlar bizə hansı oyunun burda keçiriləcəyi ilə bağlı məlumat verəcək. Hətta oktyabrın 29-da "Sumqayıt"ın "Qəbələ" ilə matçına gələn iki AFFA nümayəndəsi arenaya baxış da keçirdi".
CAVİD ƏLİYEV




