“Qarabağ” – “Qəbələ”, “Neftçi” – “Zirə” görüşlərindən sonra finalçıların adına aydınlıq gələcək. Görəsən, həlledici qarşılaşma hansı stadionda təşkil olunacaq?
Sualımızı PFL-in Mətbuat və İctimaiyytlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq. Qurum rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Bildiyiniz kimi, sabah Azərbaycan kubokunun finalçılarının adına aydınlıq gələcək. Stadion seçimi ilə bağlı müəyyən müzakirələrimiz olur. Finalçılar müəyyənləşəndən sonra PFL tərəfindən həlledici oyunun hansı stadionda baş tutacağı açıqlanacaq”.
SƏNƏM FƏRHADOVA




