“İsveçrə ilə oyunda qələbə üçün oynayacağıq” – yığma üzvü söz verdi

22.02.2024 15:12 232
Aktual / İdman
Bu gün Azərbaycannın təkcə futbolu yox, basketbolu üçün də tarixi gündü. Kişilərdən ibarət basketbol yığmamız Bakı vaxtı ilə saat 22.00-da DÇ-2027-nin təsnifat mərhələsinin oyununda səfərdə İsveçrə ilə qarşılaçacaq.

Oyunöncəsi fikirlərini öyrənmək üçün yığma üzvü Ulaş Turqutla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

“Düşərgədə olduğumuz müddətdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Məşqlərdə əlimizdən gələni etdik. Mübarizə aparmağı sevən komandayıq. Axşam İsveçrəyə qarşı oyunumuz var. Qalib gəlmək üçün oynayacağıq”.

GÜNAY SÜLEYMANOVA