"Hazırda səhvlərimiz üzərində işləyirik" - Tahir Baxşıyev

20.02.2024 13:05 177
Aktual / İdman
DÇ-2027-nin təsnifat mərhələsinə hazırlaşan kişilərdən ibarət basketbol yığmamız İstanbuldakı təlim-məşq toplanışını davam etdirir.

Yığma şənbə günü Birləşmiş Ərəb Əmirlikləri ilə yoxlama oyunu keçirib və 72:57 hesabıyla qələbə qazanıb. Bizimkilərin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla Amil Həmzəyev olub. Oyun haqda fikirlərini öyrənmək üçün baş məşqçi Tahir Baxşıyevə müraciət etdik:

"Birinci oyun idi. Müsbət və mənfi cəhətlər oldu. Hazırda səhvlərimiz üzərində işləyirik".

Təlim-məşq toplanışı sabah sona çatacaq.

GÜNAY SÜLEYMANOVA