"Stadiona getmək üçün dəvət olunmalısan” – Ramin Musayev PFL-dən də narazıdı, “Qarabağ”dan da

20.02.2024 19:35 1 189
Manşet / Avropa Liqası
Avropa Liqasının pley-offunun “Qarabağ” - “Braqa” oyununa cəmi iki gün qalır.

Ağdamlılar cümə axşamı Tofiq Bəhramov adına stadionda cavab görüşünə çıxacaq. Oyunöncəsi fikirlərini öyrənmək üçün Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayevlə əlaqə saxladıq. Görəsən, Ramin bəy də oyunu stadiondan izləyənlər arasında olacaq? “Qarabağ”ın, Qurban Qurbanovun qələbəsinə inanırmı? Onun “Football-plus.az”a söylədikləri:

"Stadiona getmək üçün dəvət olunmalısan. Ən azı 14 il rəhbəri olduğum qurum bunu diqqətdə saxlamalıydı. Bu fikrim daha çox “Qarabağ”a aiddi. Qurban Qurbanova mən onu "Neftçi"yə baş məşqçi təyin edən vaxtdan inanmışdım. Həmin inamım bu günə qədər davam edir. Bu turu keçmək çox çətin olacaq. Hakimlər tərəfindən haqsızlıq olmasa, bu mərhələni keçəcəyimizə inanıram".

GÜNAY SÜLEYMANOVA