“Bizim tədbir bu tədbirdən heç də geri qalmamışdı” - Ramin Musayev yenə Quzanlını xatırladı

23.12.2023 10:57 676
Ölkə futbolu / Manşet
"Qarabağ" — MOİK oyunundan sonra sosial şəbəkələrdə Xankəndiyə aparılmamasına görə narazılıq edənlər çoxdu.

Düzdü, Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayev narazılar arasında yoxdu. Düzünə qalsa, sosial şəbəkə istifadəçisi deyil. Ancaq Qarabağın baş şəhərinə dəvəti haqq edənlərdən biri olduğuna şübhə yoxdu. Əslində bir neçə gün əvvəl onunla əlaqə saxlayanda dəvət gözlədiyini hiss etmişdik.

Bəs Musayev kubok oyununa baxıbmı, duyğu və düşüncələri necədi? Ramin bəyi dinləyək:

"Oyuna dəvət almamışdım. Amma sözsüzi, hər kəs üçün maraqlı olardı bu oyuna getmək və canlı izləmək. Televizordan izlədim, çox xoş təsir bağışladı. Xatırlayırsızsa, mən PFL-də çalışanda 17 ildən sonra ilk dəfə — 2011-ci ildə Quzanlıda futbol oyunu keçirdik. Deyərdim ki, bizim tədbir bu tədbirdən heç də geri qalmamışdı. Maraqlı oyun oldu, MOİK də gözəl təsir bağışladı. Çox adam deyirdi ki, "Qarabağ“ böyük hesabla qalib gələcək, amma torpağın gücünə baxın ki, MOİK öz hünərini göstərdi.Təşkilatçının hansı qurum olduğunu bilmədim.Amma kim təşkilatçılıq etmişdisə, sağ olsun".

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul