“Ladies of Qarabağ” niyə tarixə qovuşdu? - AÇIQLAMA

12.12.2023 17:32 492
Aktual / Ölkə futbolu
Birzamanlar çox məşhur olan “Qarabağ”ın qızlardan ibarət azarkeş qrupu “Ladies of Qarabağ”ı son vaxtlar stadionda görmürük.

Cümə axşamı Avropa Liqasının qrup mərhələsində “Həkken”lə qarşılaşacaq “köhlən atlar” qalib gəldiyi halda pley-off mərhələsinə yüksələcək.
Görəsən, sözügedən fanklubu həmin matçda tribunalarda görəcəyik? Ümumiyyətlə, zərif cinsin stadiondan uzaqlaşmasının səbəbi nədi?

Bununla bağlı “Ladies of Qarabağ”ın nümayəndələrindən Sevinc Məmmədova ilə əlaqə saxladıq. Onun “Football-plus.az” dedikləri:

“Həmin layihə artıq bitdi. Fanklub Ağdam təmsilçisinin xanım azerkeşlərini stadiona cəlb etmək üçün yaradılmış layihə idi. Artıq xanımlar stadionların təhlükəsiz, rahat olduğuna əmindi. Hazırda tribunalarda xanımlar daha çoxdu. Hər oyunda yüzlərlə qadın görmək mümkündü”.

GÜNAY SÜLEYMANOVA