Mingəçevirdən xəbər gəldi: "İrəvan" burdadı!

1.11.2023 13:09 508
Aktual / I liqa
Bu gün 1-ci liqanın 7-ci turunda "Mingəçevir' doğma meydanda "İrəvan"ı qəbul edəcək.

Qonaqların səfərə yollanıb-yollanmadığını öyrənmək üçün "nur şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Qasımovla əlaqə saxladıq. O, "Football-plus.az" Nazim Süleymanovun komandasının Mingəçevirdə olduğunu və oyunun baş tutacağını bildirdi.

Xatırladaq ki, "İrəvan" rəhbərliyi futbolçuların maaşlarını vermədiyi üçün komanda 5-ci turda keçirilməli olan "İmişli" səfərinə yollanmamışdı.

CAVİD ƏLİYEV