• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nicat İsmayıllı “Kəpəz” camiəsini coşdurdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

19-02-2024, 15:0

34 sarı, 1 qırmızı vərəqə - heç də bəyəniləsi hal deyil.

22-ci turun oyunlarından yalnız birinin (Qarabağ – Sabah) səliqəli keçdiyini deyə bilərik. Qalan hər oyunun hər birində minimum 6 vərəqə var idi. İdarəçiliklə bağlı konkret detallara gəlincə, yalnız “Kəpəz” kəskin şəkildə narazılıq etdi.

Kəpəz – Səbail, NİCAT İSMAYILLI
Bu oyunun “Kəpəz”in böyükhesablı məğlubiyyətiylə bitdiyini bilirsiz. Hər iki komandanın hücuma üstünlük verməsinin, amma meydan sahiblərinin qeyri-dəqiq, qonaqların dəqiq zərbələr endirməsinin nəticəsi belə oldu. Oyunboyu hədsiz çox qayda pozuntusu qeydə alındı. Bir oyunda 12 sarı, 1 qırmızı vərəqənin göstərilməsini anlamaq çətindi. Matçın kulminasiya nöqtəsinə gəlincə, “Kəpəz”in qapısına təyin edilən penaltini göstərmək olar. Gəncəlilər qərarla razılaşmaq istəmədi və etirazlar üzündən əlavə cəzalar aldı. Hətta bu siyahıda baş məşqçi Adil Şükürov da oldu ki, o, penalti qərarından yox, həmin epizoddan öncə yaşananların izlənməməsindən narazı idi. Mütəxəssisin iddiasına görə, rəqib futbolçunun Amil Yunanova qarşı kobudluğu gözdən qaçıb. Üstəlik klub hadisəylə bağlı etiraz bəyanatı da yaydı. Belə ciddi narazılıq varsa, təbii ki, idarəçiliyin səviyyəsini yüksək qiymətləndirə bilmərik.

Turan Tovuz – Qəbələ, RAUF ALLAHVERDİYEV
Öyrəşdiyimiz hal olsa da vurğulamaqda fayda var ki, Tovuzun yaşıl meydanında nə rəqib komanda, nə də hakim özünü rahat hiss edir. O mənada ki, çoxsaylı azarkeşlərin təzyiqi işi tam məsuliyyətlə görməkdən başqa çarə buraxmır! İnsaf naminə, rəqiblərin ciddi qayda pozuntusuna yol vermədiyini qeyd edək. Belədə Allahverdiyevin işi xeyli asanlaşdı. Daha dəqiqi, dəyərləndirilməsi asan epizodlar izlədik ki, sarı vərəqə göstərmək üçün çox düşünməyə ehtiyac yox idi. Hakim haqda şikayətə də rast gəlmədik. Halbuki “Turan Tovuz” ara-sıra məhz bu mövzuyla gündəmə gəlir. Rauf bəyin idarəçiliyini həm azarkeşlər, həm də komandalar qənaətbəxş saydı.

Qarabağ – Sabah, RƏVAN HƏMZƏZADƏ
Turun açılış oyununda eyni komandalar son on gündə 3-cü dəfə üz-üzə gəlirdi. İdarəçiliklə bağlı hansısa problem yaşanmadı. Onsuz da “Qarabağ”ın matçlarında kəskin narazılıq hallarına, demək olar ki, rast gəlinmir. Sadəcə, bəzi epizodlarda İqor Ponomaryovun hakimə kəskin etirazlarının şahidi olduq. Amma baş hakimin verdiyi qərarlar doğru idi. Qurban Qurbanov isə həmişəki kimi təmkinli, verilən qərarlara soyuqqanlı yanaşdı. Yalnız bir epizod diqqətimizi çəkdi. 74-cü dəqiqədə “Sabah”ın vurduğu qol ofsayd qərarı ilə ləğv olundu. Amma videotəkrarda Amin Seydiyevin ötürməsindən sonra Kahim Parrisin ofsaydda olub-olmadığını seçmək çətindi. Yəqin ki, “Sabah”ın məşqçilər heyəti epizoda baxıb və hakimin qərarı ilə razılaşıb. Çünki oyunsonrası mətbuat konfransında heç bir tərəfin çalışdırıcısı idarəçiliklə bağlı şikayət etmədi.

Araz-Naxçıvan – Neftçi, RƏŞAD ƏHMƏDOV
Bu qarşılaşmada hakim idarəçiliyi ilə bağlı uzun-uzadı danışmaq lazım deyil. Oyunsonrası mətbuat konfransında da narazılıq eşitmədik. Lakin oyun zamanı Azər Bağırov hakimin bəzi qərarlarına görə kəskin etirazını bildirirdi. Bunu da mütəxəssisin hiss-həyəcanına bağlaya bilərik. Hətta Rəşad Əhmədov onu sakitləşdirmək üçün yaxınlaşdı və hər şeyi nəzarətdə saxladığını bildirdi. Vərəqələrin və sondakı penalti qərarının da doğru olduğunu düşünürük. Ümumilikdə hakim idarəçiliyinin normal olduğunu deyə bilərik.

Zirə – Sumqayıt, TURAL QURBANOV
Turun mərkəzi oyununda gərgin mübarizənin şahidi olduq. 9-cu dəqiqədə baş hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. O, VAR-ın köməyinə ehtiyac duymadan qərar verdi. Lakin hər ehtimala VAR-la məsləhətləşən referi qərarında qaldı. Videotəkrarda topun açıq-aşkar Ruan Renatonun əlinə dəydiyinin şahidi olduq. 13-cü dəqiqədə qonaqlar Elvin Bədəlovla hesabı açdı. Amma Qurbanov oyundankənar vəziyyət qeydə alaraq qolu ləğv etdi. Həqiqətən də “Sumqayıt”ın kapitanı rəqiblərindən öndə idi. İlk hissənin sonlarında daha bir penaltinin şahidi olduq. 41-ci dəqiqədə Rəhim Sadıxovun zərbəsindən sonra top Murad Xaçayevin əlinə dəydi. 2-c hissədə elə bir mübahisəli vəziyyət yaşanmadı. Baş hakim matçı ideal səviyyədə keçirdi. Onun mövqe seçimləri və qərarları doğru idi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

16-11-2023, 16:0

Qırmızı vərəqə olmadı, yalnız Elmar Baxşıyev narazı qaldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu / Manşet

19-02-2024, 12:0

"Ona heç kim heç nə deyə bilməz" - Adil Şükürov cəza aldı və narazılığının səbəbini dedi

Premyer-liqa / Manşet

1-02-2024, 23:0

Rauf Cabbarovun yanlış qərarı aranı qarışdırdı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Reportaj

5-12-2023, 19:0

“Sabah” “Kəpəz”i 15 dəqiqəyə məğlub etdi - REPORTAJ

Premyer-liqa / Manşet

18-11-2022, 13:0

Fərid Hacıyev turun mərkəzi oyununun öhdəsindən gəldi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

31-10-2022, 11:0

"Kəpəz"dən 70-ci böyükhesablı qələbə

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə