• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Cabbarovun yanlış qərarı aranı qarışdırdı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

1-02-2024, 23:0

19-cu turda 5 oyunun üçündə hakim qərarları narazılıq doğurmuşdusa, 20-ci tur nisbətən sakit keçdi.

Sakit deyirik, ancaq Rauf Cabbarovun yanlış korner qərarı üzündən Zirədə yer yerindən oynadı. Topun Amin Seyidova toxunaraq meydanı tərk etdiyini görməyən referi “Sabah”ın penalti ilə nəticələnən hücumuna şərait yaratmaqla yanaşı, Rəşad Sadıqovun əsəblərini korladı. “Zirə”nin baş məşqçisi elə sözlər dedi ki, bunları bir çəllək balla belə yemək mümkün deyil.

Sırf intizam məsələlərindən söhbət gedirsə, 5 oyunda 28 sarı, 3 qırmızı vərəqənin göstərilməsi heç də qaydalara uyğun mübarizədən xəbər vermir.

Araz-Naxçıvan – Sumqayıt, ƏLİYAR AĞAYEV
“Dalğa Arena”dakı oyun ölkənin ən təcrübəli hakiminə - Əliyar Ağayevə tapşırılmışdı. İlin ilk matçlarında hkimlərlə bağllı ciddi narazılıq olduğundan, FİFA referisinin həmkarlarına örnək olması gözlənilirdi. Amma o da bəzi şübhəli qərarlarla yadda qaldı. Düzdü, sarı vərəqə baxımından xəsislik etmədi. Lakin 41-ci dəqiqədə Maşikeyə qarşı edilən kobudluq cəzasız qaldı. Baxmayaraq kı, “Araz-Naxçıvan”ın legioneri az qala ciddi zədə alacaqdı. Kamran Alievin Turan Manafova qarşı sərt müdaxiləsinə də göz yumuldu. Daha dəqiq desək, “sarı” verildi. Bu, “kimyaçılar” üçün həqiqətən çox böyük güzəşt idi. Ümumiyyətlə, ədalət təmsilçisinin inamlı təsir bağışladığını demək olmaz.

Neftçi – Qəbələ, İNQİLAB MƏMMƏDOV
Hər iki tərəfin maksimum sürətli, dinamik oyun sərgiləyəcəyinə şübhə yox idi. Belə də oldu. Hakimin çətinliklə üzləşdiyini deyə bilmərik. Açığı, İnqilab bəy çox düşünmür, dərhal əlini cibə atmaqla sanki həm məsuliyyətdən yaxa qurtarmağa çalışır, həm də hadisələrin nəzarətdən çıxacağından çəkinirdi. “Qırmızı-qaralar” azlıqda qaldı, qolla nəticələnən penaltiylə cəzalandı. Haqlı olaraqmı? Bəli! Çünki bölgə təmsilçisi premyer-liqanın baxımlı oyun göstərən komandasıdısa, həm də aqressiv olmasıyla seçilir. İstənilən halda, bir oyunda 8 sarı, 2 qırmızı vərəqənin göstərilməsi hakimlik adına yaxşı hal deyil.

Turan Tovuz – Səbail, RAUF ALLAHVERDİYEV
AFFA-nın baş katibi Sərxan Hacıyevin Tovuza səfəri də bu oyunun xüsusi önəm daşımasının göstəricisi idi. Xüsusən də Ayxan Abbasovun “Kəpəz”lə oyundan sonra idarəçiliklə bağlı sərt mövqeyi Raufun məsuliyyətini daha da artırırdı. Matçda kəskin narazılıq doğuran hakim qərarı olmadı. Sadəcə, “Səbail” futbolçuları qapılarında gördükləri ikinci qoldan sonra topun meydan sahiblərinin yeni transferi Aleks Souzanın əlinə dəydiyini söylədilər. Lakin Allahverdiyev VAR-a baxandan sonra qolu qeydə aldı. Epizodun təkrarına baxanda isə topun oyunçunun qoluna tuş gəldiyi görünür. Doğrusu, bu epizod barədə mütəxəssislər daha düzgün fikir söyləyə bilər. Amma futbolçunun qolunun bədəninə bitişik olması da reallıqdı. Oyunsonrası mətbuat konfransında da hakimlik müzakirə predmeti olmadı.

Kəpəz – Qarabağ, NİCAT İSMAYILLI
Ölkə çempionatının rəqibsiz lideri “Qarabağ”la son pillələrdə qərarlaşan, lakin elitada qalmağa iddialı “Kəpəz”in qarşılaşması turun maraqla gözlənilən oyunlarından biri idi. 8 sarı vərəqənin göstərilməsi, eyni zamanda bu vərəqələr üzündən Yeqor Xvalko, Elmir Tağıyev və Elvin Cəfərquliyevin cəzalı duruma düşməsi oyunun necə gərgin keçdiyini göstərir. Oyunda sadəcə, “Qarabağ”n vurduğu hər iki qol VAR hakimləri tərəfindən müzakirə olundu. İlk qolun ötürməsini verən Yassin Benzyanın rəqib qapıçı İqor Rodrigeslə toqquşaraq ağır xəsarət alması hakimin qapıçıya sarı vərəqə göstərməsi ilə nəticələndi. Qurban Qurbanov oyunsonrası mətbuat konfransında bu hərəkətin qırmızı vərəqəlik olduğunu söyləsə də, komandanın qapıçılarının fərqli fikirdə olduğunu da gizlətmədi. Ağdamlıların ikinci qoluna səbəb olan penaltiyə gəlincə, “Kəpəz”in oyunçuların etirazına rəğmən, epizoda təkrar baxdıqda Juninyonun ayağına Ehtiram Şahverdiyev tərəfindən birbaşa müdaxilə olduğunu görürük. Ümumilikdə hakim idarəçiliyinin normal olduğunu deyə bilərik.

Zirə – Sabah, RAUF CABBAROV
Turun ən çox mübahisə doğuran qarşılaşması... 20-ci dəqiqədə İsa Cibrilla cərimə meydançası həndəvərində yerdə qalsa da, referi oyunu davam etdirdi. Amma videotəkrara baxanda epizod bizə qayda pozuntusu kimi göründü. 33-cü dəqiqədə Eldar Quliyevin qolu ilə “Zirə” hesabda önə keçdi. Lakin VAR qolu ləğv etdi. Bu qərarın doğru olduğunu vurğulamaq lazımdı. Quliyevin oyundankənar vəziyyətdə olduğu görünürdü. 44-cü dəqiqədə Elvin Camalov ikinci sarı vərəqəni alaraq meydanı tərk etdi. Baş hakimin bu qərarı da doğrudu. “Sabah”ın kapitanı həmin epizodda rəqibin qarşısını aşkar kobudluqla aldı. Görüşün, hətta turun ən mübahisəli epizodu isə uzatma dəqiqələrində yaşandı. Top meydanı Amin Seydiyevdən tərk etdi. Lakin Cabbarov künc zərbəsi əvəzinə qapıdan zərbə qərarını verdi. Bu isə onun matçdakı ən yanlış qərarı oldu. Çünki referi bununla da “Zirə”nin haqqına girdi və 1 xalını əlindən aldı. Həmin epizodun davamında “Sabah”ın qapıçısı Nicat Mehbalıyevin ötürməsindən sonra Jarl Marqarita Tyaqo Silva ilə üz-üzə qaldı. Portuqaliyalı forvardın qarşısını kobudluqla kəsdi və VAR-a baxan Cabbarov penalti təyin etdi. Bu qərar da doğru idi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

8-12-2023, 11:0

Rəşad Sadıqov uduzdu, razı qaldı, Murad Musayev uddu, narazılıq etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

5-10-2023, 21:0

Cavid Cəlilov şübhəli qərarlar verdi, Rauf Cabbarov qəribə davrandı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 214
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 201
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə