• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” rəqiblər üçün açıq kitabdı"

Premyer-liqa / Manşet

18-02-2024, 22:0

Misli premyer-liqasının 23-cü turunda "Sumqayıt" "Turan Tovuz"la qarşılaşıb - 0:0.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Zirə” ilə oyundan sonra çox narahatçılıq var idi. Bərpa ola bilmədik. Buna səbəb də, futbolçuların sıx qrafikdə yorğun olmaqları idi. Söhbət fiziki bərpadan getmir, dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdı. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Çətin olacaq”.

- Futbolçu tapa bilməməyiniz sizin yoxsa, rəhbərliyin problemi oldu?
- Uzun mövzudu. Rəqib bizdən aşağı pillədə idi, amma hər mövqedə yetərincə oyunçuları var. Amma bizdə 11 nəfər var və dəyişəcəyimiz oyunçular da bəllidi. Transfer sualları təkcə baş məşqçiyə aid olan məsələ deyil. Bu, qlobal problemdi. Klubun siyasətidi. Transferlər klubun imkanlarına görə olur. Bu mövsüm başımızdan yuxarı tullanmışıq.Bəlkə klub olaraq buna hazır deyildik. Amma o deyil ki, bunu əldən verəcəyik. Bundan sonrakı mərhələlər üçün hamımıza dərs olmalıdır. Ki, belə uzağa gedə bilmərik. Getsək belə, əziyyət çəkərik. Biz klub kimi buna hazır olmalıyıq. Ən azından “Turan Tovuz”un gördüyü işi görməliyik. Transfer baxımından deyirəm. Baş məşqçi olaraq hər şeydə suallar gəlir. Suallar verilir, onlara cavab vermək məcburiyyətindəyəm. Ya da, bəzi şeylərə cavab verməyəcəm. Gedib özüm 2-3 oyunçu gətirə bilmərəm. Transfer siyasəti kluba aiddir. “Sumqayıt”a neçə futbolçu lazımdı? Ən azından 4 futbolçu. Siz bunu anlayırsız. İstəyərdim ki, hamımız bunu anlayaq. Hətta mən beş futbolçu deyərdim. Bu yerə qədər gəlib çıxmışıq. Azarkeşlərimizə bir söz verə bilərəm ki, bu uşaqlarla olsa belə, bunu qorumağa çalışacağıq. Deməyim odu ki, belə əziyyətli oyunlarımız olacaq. Futbolçular robot deyil, insandılar, yüklənirlər. Biz bu gün udmaq üçün heç nə etmədik, uduzmamaq üçün nələrsə etdik. 

- Transfer istəmədiz?
- İstəmədim söhbəti deyil. İstəyirik. Klub da çalışır. Sadəcə imkan çərçivəsində belədir. Fikir ayrılıqlarının olması normaldı. Mən istədiyim futbolçu bir az baha ola bilər. Bizim imkanlara görə gələn futbolçunu da mən istəməyə bilərəm. Bu cür məsələlər olur. Hamı şərh yazır ki, "Samir müəllim, transferlər lazımdı". Bu, Azərbaycanda düzgün formalaşmayan fikridi. Sanki, Samir müəllim Portuqaliyaya gedib, oyunçunu götürüb gəlməlidi. Xeyr, belə deyil. Bu gün Florentino Peres Toni Kroosu əsrin transferi adlandırıb. Amma Qvardiola "Bavariya"dan gedişinə narazı idi. Lakin klub rəhbərliyi bildirdi ki, "Bavariya"nın ənənəsinə uyğun olmadığı üçün onu satırıq. Görürsünüz, klub başqa, baş məşqçi başqa düşünür.

- "Qarabağ"la oyuna qədər toparlana biləcəksiz?
- Bütün oyunlardan qabaq toparlayacağıq. Amma futbolçular da insandı, robot deyil. Xoş olan budur ki, bu cür halsız, yorğun vəziyyətdə ən azından müdafiədə intizamı qorumağa çalışırsan. Uduzmamaq üçün bunu edirsən. Futbolçularım bunu bu gün mükəmməl etdilər. Çox qol epizoduna girmədik, bunu da başa düşürəm. Amma rəqibə də çox imkan vermədik. Milli komandaların oyunlarına görə fasilə olacaq. Həmin vaxtı yükü üstümüzdən atsaq, eyni tempdə də davam edə bilərik.

- Sizcə, nəyə görə xarici investorlar Azərbaycan klublarına, futboluna maraq göstərmir?
- Son illərdə "Qarabağ" Avropa arenasında uğurlu çıxış edir. Onların yanında da 2-3 klub olsa, bəlkə, maraq yaranar. Klublar Avropada sözünü deməlidi. Biz bütün işlərdə geridə qalırıq. Hazırda ikinci yerdəyik, yeni stadionumuz var, amma oyunumuza azarkeş yığa bilmədik. Hansı ki, azarkeşlər bizim stimulumuzdur. Bu, qlobal problemdi. Türkiyəni bizimlə müqayisə etməli deyilik. O səviyyəyə çatacağıq? Bu, sualdı. Sizin də formalaşdırdığınız rəylər düzgün deyil. Ancaq meydançada baş verən prosesləri müzakirə edirsiz. Verilişlər açılır, orada ancaq baş məşqçi, futbolçu, vəssalam. Harda görülüb ki, baş məşqçi klub yaratsın? Klub rəhbərliyini çağırın. Hansısa investorları bura cəlb etmək üçün tək klubda yox, ölkədə bəzi işlər görməlidi. Ondan sonra da futbolu ona calamalıyıq. O da xeyir qazanmaq üçün... Olacağına da inanmıram.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Premyer-liqa / Manşet

8-10-2023, 21:0

“Bu, o demək deyil ki, Mehdini sildik”

Premyer-liqa / Manşet

23-01-2024, 21:0

“Bura tez adaptasiya olmaq olmur”

Premyer-liqa / Manşet

12-02-2023, 20:0

Samir Abasov: "Sonra bunun arxasında dayanmaq var"

Premyer-liqa / Manşet

29-09-2023, 23:0

“Bizimkilər əllərindən gələni etdilər”

Premyer-liqa / Manşet

28-01-2024, 18:0

"Transferdən danışmaq istəmirəm"

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 15:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə