“Real”dan “Barselona”ya keçə bilər

9.04.2022 23:20 542
Dünya futbolu
İsko böyük ehtimalla növbəti mövsümdə “Real”da görünməyəcək.

Maraqlıdı ki, ispaniyalı futbolçu “Barselona”ya transfer oluna bilər. Bu xəbəri sport.es saytı yayıb. 29 yaşlı yarımmüdafiəçinin Madrid klubundan ayrılmaq istədiyi iddia edilir. “Barselona” və “Sevilya”nın onun transferi ilə bağlı mübarizəyə başladığı da bildirilib.

İskonun klubu ilə müqaviləsi bu yay qüvvədən düşəcək. O, cari mövsümdə La Liqada meydana çıxdığı 11 oyunda 1 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul