Belədə yarımmüdafiəçinin xüsusilə Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyunlarda Ağdam təmsilçisinə kömək edib-etməyəcəyi sual doğurur. "Köhlən atlar"ın çempionat və kubok matçlarında da mübarizə apardığını nəzərə alsaq, monteneqrolunun yaşıl meydanlara nə vaxt geri dönəcəyi maraqlıdı.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "football-plus"un bu yöndə sorğusunu belə cavabladı:
"Marko Yankoviç bir neçə məşqi buraxandan sonra yenidən komandamıza qoşulacaq. Hələ ki, müalicə olunur. Zədəsinin tam bərpa olunacağı tarix bəlli deyil. Lakin "Braqa" ilə oyunlara qədər meydana çıxmağa hazır olacaq".
KƏNAN BAHADIR






