• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bəxt + Lunin = “Real”ın qələbəsi - REPORTAJ

Çempionlar Liqası

15-02-2024, 20:0

Çərşənbə axşamı Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki oyunu keçirildi.

“Football-plus.az” xəbər verir ki, səfərdə çıxış edən komandalar – “Real” və “Mançester Siti” 1/4 finala adlamaq yolunda önəmli addım atdı. Düzdü, bu iki qələbəni tərəzinin eyni gözünə qoymaq olmaz. O mənada ki, aşkar üstün təsir bağışlayan “şəhərlilər” bunu hesabda da əks etdirdi. “Real” isə haqq etmədiyi qələbəni qazandı.

Çempionlar Liqası. 1/8 final, ilk oyun
Leyptsiq – Real 0:1 (0:0)
Leyptsiq (Almaniya): Qulaçi, Simekan, Klostermann, Orban, Raum, Olmo (Elmas, 75), Henrixs (Aydara, 75), Şlager (Kampl, 90), Simons, Openda (Poulsen, 75), Şeşko.
Real (Madrid, İspaniya): Lunin, Karvaxal, Naço, Çuameni, Mendi, Valverde, Kroos, Kamavinqa, Dias (Vaskes, 84), Rodriqo (Xoselu, 84), Vinisius.
Qol: Dias, 48.
Vərəqələr: Simakan, 53. Karvaxal, 66. Poulsen, 77. Vinisius, 85. Şeşko, 86 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
13 fevral. Leyptsiq. 45028 tamaşaçı.
oyunun statistikası
15 (9) qapıya (çərçivəyə) zərbə 15 (3)
7 künc zərbəsi 3
2 ofsayd 0
10 qayda pozuntusu 12
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
49 topa sahibolma (faizlə) 51

“Leyptsiq” indi heç də ən yaxşı dönəmini yaşamır: qıs fasiləsindən dönən “qırmızı öküzlər” 5 oyunun üçündə uduzub, yalnız birində qələbə qazanmaqla bundesliqada 5-ci yerə düşmüşdü. Onu da qeyd etməyə dəyər ki, “Leyptsiq” indiyə qədər tarixində yalnız bir dəfə - 2019/20 mövsümündə 1/8 final mərhələsini adlaya bilib. Marko Rozenin “Real”la oyun ərəfəsində kadr problemi yox idi. Uzaqbaşı orta sahənin aparıcı oyunçularından Aydaranın Afrika Millətlər Kubokundan sonra yüngülvari narahatlıq hiss etməsini önə çəkmək olar. Ancaq malili yarımmüdafiəçi də madridlilərlə qarşılaşmaya planauyğun şəkildə hazırlaşmışdı. Almanların bombardiri Openda da əla formada idi – son 4 oyunun hamısında fərqlənmişdi. Unutmaq lazım deyil ki, məhz belçikalı qrup mərhələsində “Mançester Siti”nin qapısından 3 top keçirmişdi. “Leyptsiq”in zəif yeri isə müdafiədi: komanda son 5 oyunda 11 qol buraxmışdı. Bu komandanın müdafiəçiləri hər oyunda rəqibə orta hesabla 12,6 zərbə vurmaq imkanı verir.
Bəs “Real”ın durumu haqda nə demək olar? Madrid nəhəngi qarşısına çıxanı, sadəcə, əzib keçir. Karlo Ançelottinin komandası hətta ənənəvi yanvar enişindən də yan keçə bilib: “ağ şimşəklər” buna qədər 2024-də keçirdiyi 10 oyunun 8-də qələbə qazanmış, 1-də heç-heçə etmiş və yalnız 1-də uduzmuşdu. Son oyunda heyətdə bir nominal mərkəz müdafiəçisi olmadan “Jirona”nı da darmadağın etmişdilər (4:0). Qapıçı Kurtuanın hələ də komandasına kömək edə bilməməsi öz yerində, Bellingem də zədə üzündən Almaniyaya aparılmamışdı. Bu başqa məsələ ki, “Real” cari mövsümündə ən yaxşı bombardirinin yoxluğunda keçirdiyi 4 oyunun hamısında qələbə qazanmışdı.
Nəhayət, daha bir önəmli məqam: bu nə sirrdisə, “Real” Çempionlar Liqasında həmişə canlanır, ikiqat motivasiya ilə oynayır. Madridlilər buna qədər ardıcıl üç il 1/8 final səddini uğurla adlayıb.

...Təbii ki, “Real” Leyptsiqə qələbə arxasınca təşrif buyurmuşdu. Ancaq ünlü rəqib önündə “qırmızı öküzlər”in dizləri əsmədi, onlar debütdəcə Luninin qoruduğu qapıya yol tapdılar. Ancaq Şeşkonun vurduğu qol hücum zamanı qayda pozuntusu üzündən qeydə alınmadı. Bundan sonra madridlilər topa nəzarəti ələ keçirərək “1 nömrə” kimi oynamağa başladılar. “Leyptsiq” isə təhlükəli əks-hücumlar qururdu. Təhlükəli zərbələri dəf edən Lunun dəfələrlə oyuna qoşulmalı oldu. Rozenin çalışdırdığı komanda qətiyyən favoritin ayaqları altına növbəti mərhələyə aparan qırmızı xalça sərmək niyyətində deyildi. Madridlilər ilk yarıda Çuameninin baş və Kroosun uzaq məsafədən zərbəsi ilə yadda qaldı. Ümumilikdə komandalar ilk yarıda səhvləri minimuma endirməklə səviyyəli futbol göstərdi.

Qonaqlar 2-ci hissənin əvvəlində hesabı açdı: üç rəqibdən uzaqlaşan Dias gözəl zərbə ilə uzaq yuxarı küncü “nişan aldı”. “Leyptsiq” topa nəzarəti ələ keçirsə də, bütün cəhdləri Luninin etibarlı oyununa ilişib qalırdı. “Real” qələbəni möhkəmləndirə bilərdi, Vinisiusun cərimə meydançası daxilindən zərbəsindən sonra top dirəyə tuş gəldi. “Qırmızı öküzlər” son ana qədər hesabı bərabərləşdirməyə çalışsa da, Lunin keçilməz səddə çevrildi, bütün təhlükələrin qarşısını adı. Nəticədə minimalhesablı qələbə qazanan “Real” 1/4 final yolunda ilk addımı atdı.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Çalışqanlıq sayəsində bu qələbəni qazandıq. “Leyptsiq” yaxşı müqavimət göstərsə də, futbolçularımın oyundan qopmadığını bilirdim – bəzi vacib oyunçuların yoxluğuna baxmayaraq, yaxşı müdafiə olunurduq. Əks-hücumlarda necə təsir bağışlamağımız da xoşuma gəldi. Ancaq etiraf etməliyəm ki, “Leyptsiq” asanlıqla hesabı bərabərləşdirə bilərdi”.
Marko Roze, “Leyptsiq”in baş məşqçisi: “Komandam cəsarətli oynadı. Planlaşdırdığımız işlərin çoxunu gördük, məsələn, Vinisiusa qarşı oyunu gücləndirdik. Fasilədən sonra rəqib baxımlı qol vurdu, ona görə ki, Diasa hərəkət azadlığı verdik. Bunu qəbul etmək lazımdı. Özümüzün də yaxşı imkanlarımız oldu, ancaq reallaşdırmağı bacarmadıq”.
Braim Dias, “Real”ın hücumçusu: “Bu dueldə intriqanı öldürə bilərdik. Ancaq demək lazımdı ki, “Leyptsiq”in də imkanları var idi. Düşünürəm ki, azarkeşlər baxımlı futboldan ləzzət ala bildi. Ancaq oyunun qarşılıqlı hücumlar şəraitində davam etməsi bizə elə bir böyük qazanc gətirmədi”.
David Raum, “Leyptsiq”in müdafiəçisi: “Yaxşı oynadıq, ancaq qol imkanlarından yararlanmaq lazım idi. Yetərincə təhlükəli vəziyyət yaratdıq, “Real” isə bu oyundan maksimumu qopardı. Bu vəziyyəti dəyişə bilərik, ancaq cavab görüşündə “artırmaq” lazımdı”.
Benyamin Şeşko, “Leyptsiq”in hücumçusu: “Çox yaxşı oynadıq, səviyyəli komanda olduğumuzu göstərdik. Bu gün azacıq nəsə çatmadı. Ümid edirəm ki, ikinci oyunda yaxşı olacaq. Həmişə qol imkanlarımızın olacağına inanmaq lazımdı”.
Dani Olmo, “Leyptsiq”in yarımmüdafiəçisi: “Nəticədən razı deyilik, axı qol vəziyyətlərinin sayına görə “Real”ı üstələdik. Amma qol vura bilmədik. Dias çox səviyyəli oyunçudu, şansdan yararlandı. “Real” Avropanın ən yaxşı komandalarından biridi. Belə rəqiblərlə oyunlarda imkandan yararlanmaq lazımdı”.
Toni Kroos, “Real”ın yarımmüdafiəçisi: “Fərdi reyd bugünkü oyunun taleyini həll etdi. Oyun hər iki komandanın xeyrinə bitə bilərdi. “Leyptsiq” ilk yarıda hadisələrin axarına yaxşı nəzarət etdi, ikincidə isə biz üstün idik. Nəticədə Diasın qolu həlledici oldu. Bu məqam oyunun axarını bizim xeyrimizə həll etdi”.

Faktlar
* Rodriqo “Real”ın heyətində bütün turnirlərdə 200-cü oyununu keçirdi. Braziliyalı hücumçu bu oyunlarda 50 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
* Lunin “Real”ın Çempionlar Liqasında 2003/04 mövsümündən bəri bir oyunda 9 və daha artıq seyv edən 2-ci qapıçısıdı. Kurtua də 2022-ci ildə - “Liverpul”la görüşdə 9 seyv etmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Dünya futbolu

16-08-2023, 19:0

''Bavariya'' fanatları önündə rüsvay oldu

Manşet / Çempionlar Liqası

14-02-2024, 02:0

Favoritlər sensasiyaya imkan vermədilər

Çempionlar Liqası

8-10-2023, 19:0

“Mançester Siti” bu dəfə Leyptsiqi fəth etdi - TƏHLİL

Çempionlar Liqası

5-05-2022, 01:0

"Real" Çempionlar Liqasının finalında "Liverpul"a rəqib oldu

Çempionlar Liqası

18-12-2023, 16:0

Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə