İspaniya klubunda yeni müqavilə

17.11.2022 14:07 314
Dünya futbolu
İmanol Alquasil “Real Sosyedad”ı daha uzun müddət çalışdıracaq.

Football-plus.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi baş məşqçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər artırıb. Alquasil komandaya 2018-ci ildə təyinat alıb. “Real Sosyedad” onun rəhbərliyi altında keçirdiyi 199 oyunda 94 qələbə qazanıb.

51 yaşlı mütəxəssis komandanı 2019/20 mövsümündə İspaniya kubokunda qələbəyə daşıyıb.