“Jirona”lılar “Real”ın hədəfinə düşüblər

13.02.2024 11:54 201
Dünya futbolu
Bu mövsüm İspaniya futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirən “Jirona”nın bir neçə oyunçusu “Real”ın hədəfinə düşüb.

“Realmadridexclusivo”nun xəbərinə görə, komandanın hücumçusu Artyom Dovbik paytaxt klubunun əsas hədəfinə çevrilib. Bu mənbə “Real”ın ukraynalı futbolçunu yayda transfer etməyi planlaşdırdığını qeyd edib.

“Jirona”nın digər oyunçuları – Migel Qutyerres ilə Savio da “kral klubu”nun maraq dairəsindədilər.