“Sabah” Misli premyer-liqasının dördüncü turunda “Zirə”ni beş cavabsız qolla üstələyərək çempionatda 25-ci böyükhesablı qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bakı təmsilçisi evdə 16-cı, ümumilikdə isə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib. Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ən azı 25 belə qələbəsi olan 11-ci komanda olub.
"Sabah" ilk böyükhesablı qələbəsini 2019-cu il sentyabrın 29-da “Səbail” üzərində qazanıb (3:0).
“Sabah” 25-ci dəfə böyük hesabla qalib gəldi - premyer-liqada
Ölkə futbolu






