"Turan Tovuz": evdə 100-cü qol

7.09.2026 12:26 23
Ölkə futbolu
“Turan Tovuz” premyer-liqada 100-cü ev qoluna imza atıb.

"Football-plus.az" xəbər verir ki, yubiley qoluna Xorxe Silva imza atıb. O, Misli premyer-liqasının 4-cü turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunu vurub. Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” premyer-liqada 100 və daha çox qol vuran 24-cü komanda olun.

Klub tarixində premyer-liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.